Dərc edilib: 18:38, 10 İyun, 2017 | 42 dəfə baxılıb

Almaniyada komada olan azərbaycanlının qohumları axtarılır – FOTO

Almaniyada altı aydır xəstəxanaya yerləşdirilən və son bir ayı komada keçirən azərbaycanlını bu müddət ərzində heç kim ziyarət etməyib.

Diaspora.az-ın məlumatına görə, Ramin Musayev adlı həmvətənimiz Köln şəhərinin Universitet Klinikasına böyrək və qara ciyər çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Gələn həftə ona böyrək transplantasiyası əməliyyatının keçirilməsi nəzərdə tutulub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan onun yaxınları ilə əlaqə saxlayaraq xəbər vermələri xahiş olunur.

Diaspora.az