Dərc edilib: 23:31, 2 Mart, 2017 | 3 dəfə baxılıb

Alman gəncləri əllərində plakat “Xocalıya ədalət” istədilər

Almaniyanın Hagen şəhərinin bir qrup gənci Xocalı şəhidlərini anıblar. Tədbir Almaniyada yaşayan peşəkar boksçu Ağəli Alışov tərəfindən təşkil olunub.
Öncə Xocalı faciəsi ilə bağlı film izlənilib. Sonra Ağəli Alışov alman gənclərinə bu hadisənin necə, nə vaxt, kimlər tərəfindən törədildiyini çatdırıb. O, çıxışında Xocalı soyqırımı zamanı qətlə yetirilən kişi, qadın, eləcə də körpələr haqqında da danışıb. Söhbət əsnasında Ağəli Alışov azərbaycanlıların necə qonaqpərvər və sülhsevər bir millət olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçıları əllərində plakat şəhərin mərkəzində yürüş ediblər.
Qeyd edək ki, alman gənclərindən bəziləri hətta sosial şəbəkələrdə yürüşdən şəkilləri öz profillərində paylaşıblar.
Ağəli Alışov Diaspora.az saytına bildirib ki, iki ildir Xocalı soyqırımı ilə bağlı tədbir edir: “Almaniya ictimaiyyətinə Xocalıda insanlığa qarşı törədilən vəhşiliyi catdırmağa çalışıram. İlk dəfə olaraq Almaniya gəncləri əllərində plakat Xocalıya ədalət istədilər”

Diaspora.az