Dərc edilib: 12:36, 1 İyun, 2017 | 28 dəfə baxılıb

ABŞ-dakı beynəlxalq festivaldan Azərbaycan filminə təklif gəldi

ABŞ-ın Nyu-York şəhərində keçirilən “New-York Eurasian” Beynəlxalq film Festivalında rejissor Rüfət Əsədovun ekranlaşdırdığı “Kənddə sonuncu yəhudi” filmi nümayiş etdiriləcək. 16-18 iyun tarixində keçiriləcək festival ABŞ-Şərq humanizm münasibətlərinin inkişafı məqsədilə seçdiyi filmləri təqdim edəcək. Festival siyasi və iqtisadi məsələlərdən tamam kənardır. 

Filmin rejissoru Rüfət Əsədov açıqlamasında bildirib ki,ekran işini   festivalın müsaqbiqə mərhələsinə göndərdiklərini deyib: “Festival beşinci dəfədir keçirilir. Oranın komissiya heyətindən bizə bildirmişdilər ki, “Kənddə sonuncu yəhudi” gələn ilin proqramına salınıb. Biz də razılaşdıq. Amma çox keçmədən dedilər ki, filmi təcili surətdə müsabiqəyə təqdim etməlisiniz. Göndərdik. Film iyunun 18-də müsabiqə proqramı çərçivəsində təqdim ediləcək”.

Diaspora.az