Dərc edilib: 02:06, 8 İyul, 2017 | 23 dəfə baxılıb

ABŞ-da Ermənistan səfirliyi qarşısında etiraz aksiyası – FOTO

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.

Diaspora.az-ın məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Diaspora.az