Yevgeni Kasperskinin Bakı təəssüratları

“Kasperski Laboratoriyası”nın rəhbəri Yevgeni Kasperski şəxsi bloqunda Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Trend-in məlumatına görə, o, Bakıda olarkən gördüyü keçmiş neft-mədən obyektlərindən danışıb.

Y.Kasperski Azərbaycan ərazisində rusiyalı mühəndislər tərəfindən tikilmiş ilk neft buruğunu qeyd edib: “Ümumiyyətlə, qədim şəhərdən 3 kilometr məsafədə, şəhər kənarında işləyən buruqları görmək gözlənilməz təəssürat yaradır”.

Bundan başqa, o, sahildən 40-50 kilometr məsafədə yerləşən Neft Daşlarını xüsusi vurğulayıb. O qeyd edib ki, bu, dənizdə dirəklər üzərində dayanan ilk neft platforması və hətta ilk şəhərdir.

Yevgeni Kasperskinin Bakı təəssüratları

04 İyul 2017

By
@
backtotop