Azərbaycan nümayəndə heyəti Moldova Sosialist Partiyasının yubileyində iştirak edib

Azərbaycan nümayəndə heyəti Moldova Sosialist Partiyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

APA-nın Moldova müxbirinin verdiyi məlumata görə, Milli Məclisin deputatı Sevinc Fətəliyeva yubileyə həsr olunmuş təntənəli tədbirdə çıxış edib.

O, Azərbaycanla Moldovanın müstəqillik qazandıqdan sonra məqsədlərinin eyni olduğunu önə çəkərək, iki ölkənin ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, Moldova prezidenti İqor Dodonun Azərbaycana etdiyi rəsmi səfər ölkələrimiz arasında qarşılıqlı hörmət və marağın göstəricisi, münasibətlərdə yeni səhifə kimi qiymətləndirilir.

Azərbaycan nümayəndə heyətinin üzvləri prezident İqor Dodon və Moldova Sosialist Partiyasının sədri Zinaida Qreçani ilə görüşlər keçiriblər.

Qeyd edək ki, tədbirdə Rusiya, Türkiyə, Macarıstan, Belarus və Koreya parlamentlərinin nümayəndə heyətləri iştirak edib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 İyul 2017

By
@
backtotop