Türkmənistan prezidenti Polad Bülbüloğlunu təriflədi

“Azərbaycan və Türkmənistan arasında zamanın sınağından keçmiş siyasi, iqtisadi, mənəvi-mədəni əlaqələri bundan sonra da genişləndirməyə davam etmək niyyətindəyik”

AzVision.az Türkmənistanın dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Qurbanqulu Berdiməhəmmədov Türkmənistan liderinin 60 illik yubileyi münasibəti ilə Aşqabadda səfərdə olan Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu ilə görüşündə deyib.

Səfir prezidentə cansağlığı, uzun ömür və dost Türkmənistanın çiçəklənməsi naminə fəaliyyətində uğurlar diləyib.
Öz növbəsində, Türkmənistan prezidenti mədəniyyət sahəsinin sülh, dostluq və xalqların həmrəyliyinin möhkəmləndirilməsindəki vacib rolunu qeyd edib.

“Mədəniyyət tükənməz güc mənbəyidir. O, hər bir xalqın milli xüsusiyyətlərinin formalaşmasına töhfə verir, yaxınlaşma üçün mənəvi körpü rolunu oynayır”, – Türkmənistan prezidenti bildirib.

O xatırladıb ki, bu nəcib məqsədlər, eləcə də Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə, bu ilin aprel ayında Polad Bülbüloğluya “Türkmənistan xalq artisti” fəxri adının verilməsi ilə bağlı qərar qəbul edilib.

Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistanda Polad Bülbüloğlunu məşhur Azərbaycan müğənnisi, istedadlı bəstəkar, aktyor, görkəmli dövlət xadimi və ictimai xadim, həmçinin təcrübəli diplomat kimi tanıyır və hörmət edirlər.

Görüşün sonunda Türkmənistan prezidenti səfirə müvafiq Fəxri mükafatın nişanını təqdim edib.

30 İyun 2017

By
@
backtotop