Gənc yaşda böyük uğurlar qazanmış gənc siyasətçi

Bu gün sizlərə gənc yaşda böyük uğurlar qazanmış, Tale Kəmaləddin oğlu Heydərov haqda məlumat verəcəyik.

Tale Kəmaləddin oğlu Heydərov (1985-ci il, 9 fevral) – Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008), “Qəbələ” idman klubunun prezidenti, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumlarin təsisçisi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir.
2001-2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur.
2003-2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb.
2006 -2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb.
Avropa Azərbaycan Cəmiyyətində (AAC/TEAS) fəaliyyəti
TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olumuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov hal-hazırda təşkilatın sədri vəzifəsində fəaliyyət göstərir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanı dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsidir.
Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri vardır.
AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərir. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırır. İctimai diplomatiya fəaliyyəti çərçivəsində Azərbaycanın Avropada tanıdılması işi həyata keçirilir.
AAC-nin Azərbaycanın tanıdılmasına dəstək verən mədəniyyət tədbirlərinə Avropanın müxtəlif şəhərlərində təşkil olunan konsertlər, sərgilər və kitab təqdimatları daxildir.
AAC vasitəsilə müxtəlif xeyriyyə tədbirləri təşkil edib. Somalidə aclıqdan zərər çəkənlərə yardım məqsədilə Afrika İnkişaf Fonduna (ADT) vəsait toplamağa dəstək vermişdir. ADT-nin direktoru Əbdülrəhman Əl-Şeyx toplanan vəsaitindən necə istifadə edilə biləcəyini belə izah edib: “Somalinin ən başlıca problemi olan quraqlıq məhsul qıtlığı yaradır. Pul vəsaiti içməli su mənbələrinin yaradılması, qida-ərzaq məhsullarının təmin edilməsi və tibbi avadanlığın təchiz edilməsi üçün istifadə ediləcəkdir. ”AAC-nın dəstəyi ilə əldə edilən vəsait 82 000-dən çox insana yardımçı olmuşdur.
2014-cü ilin iyununda Böyük Britaniyada məşhur “Repton Boks” klubunda yüksək səviyyəli boks turniri təşkil edilib. Bu tədbir sayəsində Mo Farah Fonduna pul vəsaiti toplanıb, Ermənistandan deportasiya edilmiş, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində doğma torpaqlarından qovulmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün haqqında məlumatlandırma kampaniyası aparılıb. İngiltərənin veteran futbolçuları Cou Koul, Qari Mabut və Nigel Uinterbörnlə yanaşı, ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Frank Bruno da tədbirə qatılanlar arasında olub.
AAC istedadlı şagirdlərin Avropa Azərbaycan Məktəbində ödənişsiz təhsil almasını dəstəkləyən TEAS Təqaüd Proqramı təsis etmişdir.
2013-cü ildə AAC-nin Azərbaycan Araşdırmalar Mərkəzini yaradıb. Məqsəd Azərbaycan irsinin, elminin, tarixinin və mədəniyyətinin bütün aspektlərini araşdırmaq və bu araşdırmaların beynəlxalq səviyyədə mübadiləsini həyata keçirməkdir. “Yahad İn Unum”la (Fransa) birlikdə “Azərbaycanın Holokostun önlənməsindəki rolu və II Dünya müharibəsindəki qələbəyə töhfəsi” mövzusunda beynəlxalq simpozium keçirilib.[8] Mərkəz tərəfindən Böyük Britaniya, Türkiyə və Rusiya arxivlərindən Azərbaycan tarixinə dair sənəd və materiallar toplanılmış və nəşrə hazırlanmışdır.
“Qəbələ” idman klubunun prezidenti
2005-ci ildən “Qəbələ” Futbol Klubunun, 2013-cü ildən isə klubun bazası əsasında yaradılan “Qəbələ” İdman Klubunun prezidentidir.
Klubun futbol komandası Azərbaycan Premyer Liqasında çıxış edir. 2010-2011-ci illərdə komandanın baş məşqçisi vəzifəsini Londonun “Arsenal” futbol klubunun və İngiltərə milli komandasının keçmiş kapitanı Toni Adams icra edib. 2013-2014-cü il mövsümündə “Qəbələ” futbol komandası Azərbaycan Premyer Liqasında üçüncü yeri tutub və Avropa Liqası turnirinə vəsiqə qazanıb. “Qəbələ” İdman Klubu müasir idman qurğuları və avadanlıqları ilə yanaşı 3.500 nəfərlik stadion, 5 tamölçülü təbii, 1 tamölçülü və 2 süni örtüklü məşq və 1 qum meydançası ilə təmin olunub. 2009-cu ildə Azərbaycanda ilk futbol akademiyasının açan klub bu addımı ilə ölkədəki istedadlı yeniyetmə və gəncləri peşəkar futbolçu kimi yetişdirmək, Azərbaycan milli komandasının və “Qəbələ”nin sıralarını möhkəmləndirmək missiyasını üzərinə götürüb.[10] Azərbaycanda oxşar təsisatlar arasında ilk və ən qabaqcıl təlim mərkəzi olan “Qəbələ” Futbol Akademiyasının komandaları Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə keçirilən azyaşlıların ölkə çempionatlarında və kubok yarışlarında müvəffəqiyyətlə çıxış edir. Komandaları həmişə mükafatçılar sırasına düşən akademiya Azərbaycan futboluna bir sıra gənc və istedadlı futbolçular bəxş edib. Azərbaycanın əsas milli komandası da daxil olmaqla, gənclər və yeniyetmələrdən ibarət yığmalarda “Qəbələ” futbolçuları üstünlük təşkil edir. “Qəbələ” İdman Klubunun nəzdində futbolla yanaşı cüdo, atıcılıq, boks, karate və taekvando idman növləri üzrə bölmələr fəaliyyət göstərir.
Media sahəsində fəaliyyəti
2006-cı ildə ingilisdilli “Visions of Azerbaijan” jurnalını təsis edib, həmin vaxtdan jurnalın baş redaktorudur. İki aydan bir nəşr edilən jurnal Azərbaycanın tarixini, mədəniyyətini, təbiətini beynəlxalq əlaqələr, biznes və turizm kontekstində tanıtımını həyata keçirir. Jurnal Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış addımlar haqda da müntəzəm xəbərlər verir.
Təsis etdiyi təhsil, nəşriyyat və digər təsisatlar
Avropa Azərbaycan Məktəbi
2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub. Məktəbin Himayədarlar Şurasının Prezidentidir. Məktəb müasir dünya təhsilnin ən mühüm nailiyyətlərinin Azərbaycanda tətbiqi istiqamətində geniş iş aparır, yerli pedaqoji kadrlarla eyni zamanda, xarici ölkələrdən dəvət olunmuş müəllimlərdən ibarət çoxsaylı personal şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə şagirdlər üçün xüsusi təqaüd proqramları və aztəminatlı ailələlərin övladları üçün güzəştlər tətbiq edilir. Avropa Azərbaycan Məktəbi Avropa Beynəlxalq Məktəblər Şurasının (ECIS) üzvüdür. 2014-cü ilin sentyabrından Beynəlxalq Bakalavriatın (İB) İbtidai Siniflər Proqramı (PYP) və Diplom Proqramı (DP) üzrə namizəd-məktəbdir.
Müəllimlərin İnkişaf Mərkəzi
2014-cü ildə Azərbaycan Müəllimlərin İnkişaf Mərkəzinin əsasını qoyub. Mərkəzin məqsədi Azərbaycanda modern, yenilikçi və mütərəqqi təhsil şəraiti yaratmağa xidmətdən ibarətdir. 2015-ci ilin fevralında Mərkəz Azərbaycnada ilk dəfə olaraq ECIS (Avropa Beynəlxalq Məktəblər Şurası / European Council of International Schools) ilə birgə ECIS Beynəlxalq Müəllim Sertifikat Proqramı (ECIS International Teacher Certificate) kursları təşkil etmişdir.[13]
“TEAS-Press” Nəşriyyat evi[redaktə | əsas redaktə]
2014-cü ildə “TEAS Press” nəşriyyat evini təsis edib.[14] Nəşriyyat Azərbaycanın ədəbi və elmi nailiyyətlərini dünyada tanıtmaq üçün yerli müəlliflərin əsərlərinin ingilis dilinə tərcüməsi və nəşrini təşkil edir. Dünyanın müxtəlif ölkələrindən olan naşirlərlə nəşriyyat və poliqrafiya sahəsində əməkdaşlıq qurulur, beynəlxalq səviyyədə tanınmış akademik əsərlərin Azərbaycan dilinə tərcüməsi həyata keçirilir. Audio-kitablar hazırlanır.
Nəşriyyatın Rusiya və Türkiyədə ofisləri fəaliyyət göstərir.
2014-cü ilin noyarında dünyaşöhrətli üşaq yazıçısı Mo Uilyamsın iştirakı ilə TEAS Press nəşriyyatının Azərbaycan dilində uşaq və gənclərə dair kitabların nəşri üzrə ixtisaslaşan “Üç alma” bölməsinin təqdimatı olmuşdur .[15] Nəşriyyat Andersen Press, Capstone Global Library, Hyperion Press, Clavis, Seven Guns kimi dünyanın ən tanınmış uşaq ədəbiyyatı nəşriyyatları kitablarının “Üç alma” adı altında Azərbaycan dilində nəşri üçün onlarla əməkdaşlıq edir.
Beynəlxalq Film Şirkəti
2012-ci ildə Beynəlxalq Film Şirkəti təsis edib. Şirkət yüksək ixtisaslı yaradıcı heyətlə təmin olunub.
“Gənc səslər, qədim nəğmələr”, “Azərbaycan xaricilərin gözü ilə” və “İvonna Botto-Şirməmmədovanın həyat hekayəsi” filmlərininin icraçı produseridir.
Azərbaycan, ingilis, rus və türk dillərini bilir.
Ailəlidir. Bir qızı və bir oğlu var.
Mükafatları
2011-ci il iyulun 4-də də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib
Əsərləri, redaktə etdiyi və layihə rəhbəri olduğu nəşrlər
Azərbaycan dilində
– Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə. Üç cilddə. Bakı, 2011
– Liam Foks. Şahə qalxan dalğalar. Yeni qlobal reallıqla qarşılaşarkən. Bakı, 2014
Ingilis dilində
FHN naziri Kəmaləddin Heydərovun oğlu
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun nəvəsidir
Diaspora.az
Mövzu
Oxşar xəbərlər

Gənc yaşda böyük uğurlar qazanmış gənc siyasətçi

28 İyun 2017

By
@
backtotop