Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən İnteqrasiya Günündə Azərbaycan diaspor təşkilatı da iştirak edib. Tədbirdə bu ölkədəki azərbaycanlıları təmsil edən Danimarka Vətən Cəmiyyəti Azərbaycana dair xüsusi guşə təşkil edib. Təşkilatın nümayəndələri isə danimarkalılara və şəhərin qonaqlarına Azərbaycan barədə ətraflı məlumat veriblər.
Azərbaycanın tarixinə, mədəniyyətinə aid olan kitab və broşülarla yanaşı, milli mətbəximizdən bəzi nümunələr də qonaqlara təqdim edilib. “Cırtdan” yaradıcılıq qrupunun ifasında isə Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Kopenhagenin Frederiksberq Bələdiyyəsi tərəfindən “Cırtdan” yaradıcılıq qrupuna hədiyyələr təqdim olunub. Frederiksberq Bələdiyyəsinin sədri Jörgen Glenthöj Vətən Cəmiyyətinin nümayəndələri ilə söhbət zamanı Azərbaycana səfərindən və tariximiz, mədəniyyətimizlə yaxından tanışlığından danışıb. Bələdiyyə sədrinə Azərbaycan musiqilərindən ibarət disk və  xatirə hədiyyələri təqdim edilib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

17 İyun 2017

By
@
backtotop