Berlində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb

Berlin şəhərində yerləşən “Baki-Berlin” qalereyasında azərbaycanlı rəssamlar İbrahim Əhrari və Salhab Məmmədovun əsərlərindən ibarət sərginin açılışı olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən  verilən məlumata görə, sərginin açılış mərasimində qalereyanın yaranma tarixindən, uğurlarından, burada indiyədək çox sayda məşhur rəssamların əsərlərinin nümayiş etdirilməsindən, habelə “Bakı-Berlin” qalereyasının Azərbaycan-Almaniya mədəni əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.

Sərgidə nümayiş etdirilən rəsm əsərlərinin mahiyyəti və onların kökündə şərq və qərb rəssamlığına məxsus elementlərin sintezinin dayanması barəsində qonaqlara məlumat verilib.

Açılış mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, alman incəsənət aləminin nümayəndələri, Berlin şəhərinin sakinləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgi bu ilin iyun ayınadək davam edəcək.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

07 İyun 2017

By
@
backtotop