Danimarkadakı Azərbaycan diasporu Rusiya dövlət və hökumət nümayəndələrinə müraciət qəbul edib

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına etirazını bildirib.

Cəmiyyət adından Rusiya Federasiyasının Prezident Administrasiyasına, Federal Məclisin Dövlət Dumasına, Federal Məclisinin Federasiya Şurasına və Ali Məhkəməsinə müraciətlər qəbul edilib.

Müraciətlərdə mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvi barədə verdiyi qərarın subyektiv xarakterli olduğu, göstərilən faktların qanuni nöqteyi-nəzərdən qeydiyyatın ləğvi üçün kifayət etmədiyi qeyd olunur.

Baş verən bu halın Rusiyada Azərbaycan əleyhinə çalışan qüvvələrin təxribatçı fəaliyyətinin bir hissəsi olduğu vurğulanan müraciətdə bu qüvvələrin son vaxtlar daha da güclənərək iki ölkə arasındakı münasibətlərə kölgə salmaq üçün fəaliyyət göstərdiyi diqqətə çatdırılır.

Bəyanatda bütün bu faktların nəzərə alınması və ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı qərara yenidən baxılması xahiş olunur.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

25 May 2017

By
@
backtotop