Ruminyada Türkçülük günü qeyd edilib

15:59 | 15.05.2017
438 dəfə oxundu

“Türkçülük günü” bütün Türk dünyasında hər il təntənə ilə qeyd olunur. Türkçülük ideologiyası ilə yaşayan, bu ideologiyanı təbliğ edən insanları bir araya toplamaq üçün Ruminyanın Cluj-Napoca şəhərində də türkdilli dövlətlərin birliyini əks etdirən “Cluj Turkoloji Day” adlı tədbir həyata keçirilib. Tədbirdə rəsmi şəxslər, səfirlik, bir sıra qeyri-hökumət təşkilatlarının numayəndələri, elm adamları, ziyalılar, Azərbaycanlı, Türk, Özbəkistan, Qazaxıstanlı gənclər, eyni zamanda Türk mədəniyyətini sevən Ruminya və başqa xalqlar da iştirak edib.

Tədbirin əsas məqsədi iştirakçıları və qonaqları türkdilli dövlətlərin tarixi, mədəniyyəti, milli adət-ənələri ilə yaxından tanış edib, dostluq–qardaşlıq münasibətlərini inkişaf etdirməkdir.

Mərasimdə bəşəriyyətin tarixi inkişafında böyük rolu olan türk xalqlarının birlik və qardaşlığının möhkəmləndirilməsi zərurətindən ətraflı danışılmış, məhz bu birliyin türk xalqlarının gələcək inkişafına güclü təkan verə biləcəyini qeyd edilib. Türk xalqlarının yekdilliyinin, əqidə və məslək birliyinin düşmənlərimizə göz dağı olduğu vurğulanıb və türk ideologiyasının milli və bəşəri keyfiyyətlərindən danışıblar. Türkçülük və Türk dünyasının birlik və bərabərliyini dəstəkləyən Kamran Allahverdiyev də Azərbaycanın böyük bir türk toplumun mədəniyyət beşiyi olmasından söz açıb və qədim tarixi məlumatlarımız və milli keyfiyyətlərimizi diqqətə çatdırıb və “Türk dünyasının, Türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir“ şüari ilə tədbirdə çıxış edib.