Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub – FOTO

Fransanın paytaxtı Parisin Sarbon Universitetində «Caucasus İnitiative» və «WeBuildEurope.eu»un birgə təşəbbüsü ilə Cənubi Qafqazın geo siyasəti mövzusunda beynəlxalq konfrans keçirilib.

Diaspora.az report.az-a istinadən xəbər verir ki, konfransda Avropa İttifaqının bir sıra institutlarının ekspertləri çıxış edərək Cənubi Qafqazı siyasi maraqların toqquşduğu mürəkkəb geosiyasi region kimi xarakterizə ediblər.

Ekspertlər regionda Azərbaycan, Gürcüstan və Ermənistandan əlavə «de-fakto» dövlətlərin, habelə bölgədə strateji maraqlarınını gücləndirməyə çalışan bir sıra xarici qüvvələrin olduğunu vurğulayıblar. Konfransda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığı, lakin hazırda ora yalnız Ermənistandan gedib-gəlişin mümkün olduğu qeyd edilib.

Müzakirələr zamanı Cənubi Qafqazın Avropa ilə Rusiya arasında növbəti münaqişə mənbəyi, yaxud əksinə, bu regionda sülhün yaradılmasında əsas aparıcı tərəfdaşlar olduqlarına dair fikirlər səsləndirilib.

Konfransda Paris Azərbaycan Evinin nümayəndələri və Parisdə təhsil alan azərbaycanlı tələbələr fəal iştirak ediblər.

Qeyd edək ki, «Caucasus İnitiative» tədqiqat proqramının nümayəndə heyəti yeni elmi araşdırmalar aparmaq məqsədilə bu ilin may-iyun aylarında Azərbaycana səfər edəcək.

Diaspora.az

Mövzu
Oxşar xəbərlər

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub – FOTO

07 May 2017

By
@
backtotop