”Avropa Azərbaycanlıları Konqresi”nin Birinci vitse-prezidenti Bakıda vacib görüşlər keçirtdi

18:46 | 05.05.2017
879 dəfə oxundu

Diaspora.az -ın verdiyi xəbərə görə bazar ertəsi Azərbaycan diasporunun aktiv fəalı, ictimai xadim və mesenat, “Avropa Azərbaycanlıları Konqresi”nin  Birinci vitse-prezidenti, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti Füzuli Məmməd oğlu Məmmədov Bakıya rəsmi səfəri çərçivəsində  Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Füzuli Məmmədov Bakıda Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və onun xanımı – Azərbaycanın indiki Prezidenti İlham Əliyevin Anası – böyük Azərbaycan alimi, görkəmli oftalmoloq,  akademik Zərifə Əziz qızı Əliyevanın  xatirəsini ehtiramla yad edərək, onların məzarları üzərinə gül dəstələri düzüb. Sonra Füzuli Məmmədov Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərin xatirə kompleksi önünə gül dəstələri qoyub. Səfər vaxtı Füzuli Məmmədov Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimovla görüşüb.  Füzuli Məmmədovun Bakıya səfəri çərçivəsində onun Azərbaycan Milli Məclisinin nümayəndələri ilə görüşü də gözlənilir. Füzuli Məmmədovun Bakıya rəsmi səfəri davam edir və səfərin kifayət qədər məhsuldar və səmərəli olacağı gözlənilir. Şübhəsiz ki, bu səfər Avropa ölkələrində Azərbaycan diasporunun təşkilati strukturunun yaxşılaşdırılması istiqamətində öz əhəmiyyətli bəhrəsini verəcək.

Diaspora.az