Niderlanddakı diaspor üzvü ”Omroep Orkestr və Xor” Təşkilatından təşəkkür məktubu

Niderland Krallığında yaşayan soydaşımız Firəngiz Bağırovanın adı, yəqin ki, bir çoxlarınıza yaxından tanışdır. Niderland Krallığında keçirilən, Azərbaycanla bağlı olan hər hansı bir tədbiri, musiqi festivalını, görüşləri, Firəngiz Bağırova olmadan təsəvvür etmək mümkün deyil.
1996-cı ildən o uzaq diyarda məskunlaşan işgüzar, vətənpərvər xanım, Azərbaycanın kiçik bir parçasını elə yaşadığı məmləkətdə – Nederland Krallığında yaratmışdır. 10 il bundan öncə, yubileyi bu yaxınlarda keçirilmiş “Odlar Yurdu” adlı cəmiyyət təsis edərək, həmvətənlərimizi bir araya gətirmiş, Azərbaycan mədəniyyətinin, incəsənətinin yaşadığı məmləkətin insanları arasında ən yüksək səviyyədə təbliğinə nail olmuşdur.
Firəngiz xanım Bağırova, öz sahəsini gözəl bilən musiqi təmsilçilərimizdən biridir desək, yanılmarıq. Məhz onun gərgin əməyi sayəsində, Niderland Krallığında keçirilmiş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı böyük uğur qazanmış, holland tamaşaçısında, Azərbaycan musiqi sənəti haqqında daha aydın təsəvvürə malik olmasına imkan yaratmışdır.
Firəngiz xanım Bağırova, xaraktercə həm də sadə, təvazövkar insanlardandır. Çəkdiyi zəhmət, gördüyü işlər barəsində danışmağı sevməyən Firəngiz xanım, Niderland Krallığının Omroep Orkestr və Xor Təşkilatından aldığı “Təşəkkür məktubu” haqqında söhbət açmağı deyəsən, “unutdu”.
“-Bəli, Omroep Orkestr və Xor Təşkilatının işimə verdiyi qiymətə görə mən də onlara öz təşəkkürümü bildirirəm. Amma yenə də qeyd etdiyim kimi, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin təbliği məsələsini həm musiqiçi, həm də borc olaraq qəbul edirəm. Ümimiyyətlə, Azərbaycanı dünyaya tanıtmaq, hər bir azərbaycanlının ümdə vəzifəsidir.”
Firəngiz Bağırovanın gördüyü işlər, konsert proqramının təşkil edilməsində çəkdiyi zəhməti daha da aydın şəkildə təsəvvür etməkdən ötrü proyektin meneceri Rene Meulenberqin dediklərindən sitat gətirmə yerinə düşərdi.
“-Firəngiz xanımın tərcümə işindəki işinə xüsusi diqqət ayırmaq istərdim. Xorun ifasında səslənən sözlərin düzgün tələffüz edilməsi, intonasiyanın yerində oturdulması çox ağır, böyük zəhmət tələb edən bir işdir. Məhz onun əməyi sayəsində, biz konsertin təşkilinə ayrılan vaxt ərzində xorun ifasında səslənən sözlərin düzgün tələffüzünə nail olmuşuq ki, bu da dil daşıyıcısının tələffüzündən demək olar ki, heç nə ilə fərqlənmir.
Firəngiz xanımın şəxsi keyfiyyətlərinə gəldikdə isə onu deyə bilərəm ki, o, öz sahəsini gözəl bilən peşəkar, dəqiq insan və gözəl Azərbaycan xanımıdır. Onunla işləmək insana böyük zövq verir.”
Biz də Firəngiz xanıma yaradıcılığında müvəffəqiyyətlər, uğurlar diləyərək ondan ayrılırıq.

Diaspora.az

Emil Əliyev

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

03 May 2017

By
@
backtotop