Azərbaycan diasporu Krasnoyarskda növbəti uğura imza atıb

14:21 | 03.05.2017
772 dəfə oxundu

Diaspora.az palitranews.az-a istinadən xəbər verir ki,Rusiyanın Krasnoyarsk şəhərində Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Günü düzənlənib. Bu il bayram tədbirinin xüsusi səbəbi olub – bu da 2009-cu ildən Azərbaycanın hüdudlarından kənarda yeganə olaraq “xalq ansamblı” rəsmi və şərəfli adı daşıyan “Odlar yurdu” Azərbaycan mahnı və rəqs ansamblının yubileyidir.
Tanınmış ictimai xadim Səadət Qarayevanın səyləri nəticəsində 2007-ci ildə yaradılmış ansambl artıq 10 ildir Azərbaycanın mədəniyyətini və tarixini nəinki Sibir torpağında, eləcə də Rusiya və dünyanın digər nöqtələrində layiqincə təmsil edir. 2011 və 2012-ci illərdə ansambl Türkiyədə qastrol səfərində olub, 2015-ci ildə isə kollektivin rəqqasları Tailand Krallığının tamaşaçısını da fəth ediblər. Bundan əlavə, Krasnoyarsk diyarında heç bir vacib tədbir ansamblın iştirakı olmadan keçirilmir.
Gözlənildiyi kimi, bu cür kollektivin yubileyi böyük təntənə ilə qeyd olunub. Tədbirin qonaqları üçün xüsusi olaraq konsertin təşkilatçıları rejissoru və xoreoqrafı Azərbaycan Dövlət ansamblının solisti Rauf Zenyalov və “Odlar Yurdu” ansabmlının müəllimləri Aqil və Aysel Cəfərovlar və Sənubər İsmayılova olan “Sarı gəlin” xoreoqrafiya tamaşasını hazırlayıblar.
Tamaşadan öncə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Krasnoyarsk diyarı regional bölməsinin hazırladığı Azərbaycanın dekorativ incəsənəti, ədəbiyyatı və yaradıcılığına həsr olunmuş maraqlı sərgi və “Qarabağ çobanlarının rəqsi”, “Cücələr” və qadınların qavalla rəqsi kimi ansamblın sevilən nömrələrindən ibarət konsert proqramı düzənlənib. Ansamblın orta və azyaşlı iştirakçıların ifasında xoreoqraf Etibar Zeynalovun “Dostluq” rəqsi xüsusi rəğbətlə qarşılanıb. Bir nömrə çərçivəsində tamaşaçılar Azərbaycan musiqisinin ritmləri ilə birləşdirilən dünyanın 20-dən çox xalqının mədəniyyətindən həzz ala biliblər.
Tədbirin vacib əhəmiyyəti konsertə təşrif buyurmuş Krasnoyarsk diyarının görkəmli ictimai-siyasi xadimlərinin iştirakı ilə də təsdiqlənib: onlar arasında Krasnoyarsk şəhərinin başçısı Edxam Akbulatov,  Krasnoyarsk diyarı mədəniyyət nazirinin müavini Olqa Vasilenko, Krasnoyarsk diyarı Xalqlar Dostluğu Evinin direktoru Pyotr Suvorov və Əmək və Anlaşma Sarayının baş direktoru Valeriy Xatkeviç olub.
Əlamətdardır ki, ansamblın ocağı olan Sarayın baş direktoru 2017-2020-ci illərə kollektivə ansamblın “Xalq” adını təsdiqləyən sənəd təqdim edib. Həmçinin “Odlar Yurdu” ansamblının müəllim heyəti və bədii rəhbəri Krasnoyarsk diyarı ərazisində Azərbaycan mədəniyyətinin qorunması və inkişafında uzun illər ərzində fəaliyyətinə görə Krasnoyarsk diyarının rəhbərliyi, Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyi, diyarın digər ictimai təşkilatları və müəssisələri adından təşəkkür məktubları və fəxri şəhadətnamələrlə təltif ediliblər.
Təbrik nitqlərindən sonra “Sarı gəlin” əfsanəsinin çoxdan gözlənilən səhnələşdirilməsinin premyerası vaxtı gəlib çatıb. Azərbaycan xalq musiqisi, tarın səsi, Azərbaycan məişətinin və toyunun mənzərəsi, kəndirbazlıq, xeyir və şərin mübarizəsi – bütün bunların hamısı “Odlar Yurdu” ansamblı və Rusiya Federasiyası Əməkdar mədəniyyət işçisi Nadejda Vedmitskayanın rəhbərliyi altında “Kedrovıye oreşki” kollektivinin solistlərinin gözəl rəqsləri ilə müşayiət olunub. Qonaqların gurultulu alqışları “Odlar Yurdu” ansamblının “Xalq” adına həqiqətən layiq olduğunun bir daha sübut edib. Əminliklə demək olar ki, Səadət Qarayeva və Ələkbər Qarayev kimi Rusiyadakı Azərbaycan diasporunun görkəmli təmsilçiləri tərəfindən bir vaxtlar yaradılmış bu kollektiv özünün gözəl çıxışları ilə hələ uzun illər boyu bizi sevindirəcək.

Diaspora.az