MirBəhram Əzimbəyli Oksfortda çıxış etdi – Mövzu : ”Azərbaycanın xarici siyasəti və Qarabağ konflikti”

Diaspora.az saytı xəbər verir ki, Azərbaycanda öz yazıları, ictimai fəaliyyəti ilə tanınan gənc, hazırda “Oksford” Universitetində təhsil alan MirBəhram Əzimbəyli bu mötəbər ali təhsil ocağında keçirilən konfransda Azərbaycan xarici siyasəti və Qarabağ konflikti ilə bağlı çıxış edib.

“Bu gün “Oxford”da beynəlxalq münasibətlərlə bağlı konfransda Azərbaycan xarici siyasəti və Qarabağ konflikti ilə bağlı danışdım”, deyə M.Əzimbəyli öz facebook səhifəsində yazıb.

Qeyd edək ki, Oksford Universitetinin Rusiya və Şərqi Avropa Elmləri fakültəsində təhsil alan M.Əzimbəyli Türkiyənin Orta Şərq Texniki Universitetinin Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib.

MirBəhram Camal oğlu Əzimbəyli 18 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Türk Dünyası Bakı Atatürk liseyindən məktəb birincisi olaraq məzun olub. “Qarabağ harayı” adlı yazısı ilk dəfə 2001-ci ildə “525-ci qəzet”də çap olunub. 2006-cı ildə “Bir çocuğun dünyasından səslər” adlı ilk kitabı işıq üzü görüb. 15 yanvar 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) qurumun ən gənc üzvü olaraq qəbul edilib. “Səssizliyin harayı” adlı ikinci kitabı 2009-cü ildə nəşr olunub. 2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan, M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyələndiyin görə, diplomla təltif edilib. 19 may 2010-cu ildə yaradıcılıq uğurlarına görə, Rəsul Rza adına Ədəbiyyat Fondunun “Ümid işığı” mükafatına layiq görü¬lüb. Bir il sonra Ədəbi-ictimai fəaliyyətlərimə, görə Prezident təqaüdü ilə makafatlandırılıb. 2011-ci ildə yüksək bal ilə Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTÜ) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Universitetin “Hariciyə” elmi jurnalında məqalələr ilə çıxış edib.

2013-cü ildə ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübə proqramlarında iştirak edib. 2015-ci ildə “Erasmus” proqramı çərçivəsində bir semester Niderlandın Leiden Universitetində təhsil alıb. 2016-cı ildə Türkiyənin Orta Şərq Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. Yuxarıda qeyd etdiyimiz kimi, magistr pilləsi üzrə Oksford Universitetinin Rusiya və Şərqi Avropa Elmləri fakültəsinə qəbul olunub. Elmi işi Dağlıq Qarabağ konflikti barəsindədir.

Dövrü mətbuatda şeir, hekayə, esse və məqalələr ilə ardıcıl çıxış edir.

Qeyd edək ki, Mirbəhram Əzimbəyli Azərbaycan cəmiyyətin yaxşı tanınan ictimai xadim, şərqşünas Seyid Camal Əzimbəylinin, “Yeni Üfiq” ictimai birliyinin sədri Sevinc Əzimbəylinin oğludur.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

03 May 2017

By
@
backtotop