Birlik və həmrəy olmaq vaxtı…

Müasir və dünya siyasətilə maraqlanan hər bir şəxsə aydındır ki, xarici lobbizm ölkələrin iqtisadi və siyasi maraqlarının təmsilçiliyini inkişaf etdirən və tamamilə mədəni əlaqələri özündə birləşdirən bir təbliğat fəaliyyətidir. Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə əlaqəlidir.

Müstəqil politoloq, BDAT Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Baş katibi
Umuxanım Hüseynzadə

Bəzi insanlar Lobbiçiliklə diaspora işlərini eyni hesab edirlər. Lakin bu belə deyil. Diaspora fəaliyyəti öz tarixi-etnik torpaqlarından kənarda yaşayan, öz etnik kimliyini qoruyub saxlayan bir cəmiyyətdir. Beləliklə, Diaspora anlayışının əsas faktoru etnik qrupların ölkə xaricindəki yad etnosların əhatəsində yaşamasıdır. Bunu da qeyd edim ki, başqa xalqlar arasında yaşayan hər hansı bir xalqın müəyyən hissəsinə diaspora demək heç də düzgün deyil. “Diaspora–milli məişətə, adət-ənənələrə, mədəniyyətə və dilə, milli şüura malik olan, onu qoruyan, inkişaf və təbliğ edən etnik cəmiyyətdir”. Diaspor xüsusi maraqları olan bir qrup kimi siyasi prosseslərdə iştirak edir və digər maraq qrupları kimi o da öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi kimi lobbizmdən istifadə edir. Mövcud taktikadan istifadə etdiyi üçün diaspor Lobbi qrupu kimi tanınır. Beləliklə, diaspor qrup, lobbizm isə qrupların istifadə etdiyi taktikadır.
Bu gün dünyada gedən proseslər, torpaqlarımızın 20% hissəsinin işğal altında olması, Xocalı kimi böyük göz ağrısı olan Soyqırım faktı, öz döğma və əzəli torpaqlarından didərgin salınan 1000000 artıq qaçqını, köçkünü olan eləcədə ölkəmizə qarşı fəaliyyət göstərən erməni diasporunun mövcudluğu dünya azərbaycanlılarının birliyini zəruri edən başlıca amillərdən biridir. Hal-hazırda dünyanın 70-dək ölkəsində yaşayan 50 milyona qədər azərbaycanlının bir qismi XIX əsrin ilk onilliklərindən başlayaraq müxtəlif səbəblər üzündən vətənini tərk etmək məcburiyyətində qalanlardır. Çar Rusiyasının Qafqazda apardığı antimüsəlman və antitürk siyasəti, 1905-1906, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı qırğınlar insanları yurd-yuvasından didərgin salmağa, regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəldilmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsinin başlanmasına start verildi. Otuzuncu və II Dünya müharibəsindən sonrakı illərin mühacirəti repressiyalar, siyasi təqiblər, qətllərlə bağlı olub. Müstəqillik dövrünün ilk illərində sosial-iqtisadi məsələlər səbəbindən xarici ölkələrə üz tutanlar da mühacirətdə yaşaya azərbaycanlıların sırasındadır. Son illərdə xaricdə yaşayan həmvətənlərimiz yeni tarixi şəraitin tələbinə uyğun olaraq milli-mədəni yöndə təşkilatlanmağa başlayıblar. Hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyətləri, təşkilatları fəaliyyət göstərir. Azərbaycan diasporu Rusiya, ABŞ, Türkiyə, Almaniya, Fransa kimi ölkələrdə daha çoxsaylı və fəallıq nümayiş etdirirlər. Onların qüvvəsindən səmərəli istifadə etmək sahəsində məqsədyönlü iş aparmaq üçün artıq bir neçə ildir ki, müstəqil Azərbaycan Respublikası öz fəallığını artırmışdır. Lakin buna baxmayaraq, dünyanın bir çox əhəmiyyətli ölkəsində formalaşan Azərbaycan diasporaları və lobbiçiləri erməni diasporası və lobbizminin potensialı ilə müqayisə edildiyi zaman lobbi fəaliyyətlərimizin çox zəif olduğu diqqət çəkir. Diaspor və lobbiçilik təşkilatlarımızın Azərbaycanın milli problemlərinə qarşı hər zaman həssaslıqla davranmasına baxmayaraq, yaşadıqları ölkənin siyasi strukturlarında həddən artıq zəif təsir gücünə sahibdir. Vəziyyətin belə olmasının əlbəttə ki, bir çox siyasi, sosial və iqtisadi səbəbləri vardır. Ancaq, problemlərin başında uzun müddətli strategiya və buna uyğun taktikaların təyin edilməməsini də nümunə göstərmək olar. Bu yaxınlarda dövlət başçısı cənab İlham Əliyev öz çıxışlarşnın birində qeyd etmişdi ki, Azərbaycan diasporu çoxsaylı olmasına baxmayaraq, yaşadığı ölkələrdə informasiya mühitinə lazımi təsir göstərə bilmir. O, təəssüflə əlavə edib ki, Azərbaycan diasporçuları çox zaman bir-biri ilə ədavət aparır.

“Biz onlardan xahiş etdik ki, əgər birləşə bilmirlərsə, heç olmasa, fərdi olaraq Azərbaycan maraqlarının lobbiçiliyi ilə məşğul olsunlar”. Cənab dövlət başçısının bu haqlı iradına əsaslanaraq bildirmək istəyirəm ki, Azərbaycan həqiqtlərini dünyaya bəyan etmək istəyən lobbi və diaspora təşkilatlarımız bütün şəxsi ambisiyaları bir kənara qoyaraq, dövlət əhəmiyyətli mühüm işlərdə şəxsi münasibət güdmədən Azərbaycan dövlətinin çıxarını və məqsədini əsas bilsinlər. Belə olduğu təqdirdə inanıram ki, xaricdəki erməni lobbiçiliyinə qarşı çox güclü Azərbaycan diasporası və lobbisi inkişaf edəcək eləcədə acı həqiqətlərimizi dünyaya çəkinmədən bəyan edə biləcəyik. Məhz yuxarıda qeyd etdiyim çatışmamazlıqları ortadan qaldırıb bu mühüm vəzifəni icra etmək üçün yola çıxan Birləşmiş Dünya Azərbaycanlılarının Tşəbbüs Qrupu BDAT bütün strateji əhəmiyyətli qüvvələri özündə birləşdirərək bu müqəddəs missiyanı həyata keçirmək üçün səfərbər olmuşdur. Bizlərin yeganə amalı dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq və bütün dünya Azərbaycanlılarını bir yumruq altında birləşdirərək dövlətçiliyimizə xidmət etməkdir. Ümid edirəm ki, tutduğumuz bu müqəddəs yolda hər bir vətəndaşımız, iş adamlarımız, xaricdə yaşayan soydaşlarımız və dövlət qulluqçusu olan məmurlarımız könüllü surətdə bizlərin yanında olacaq və öz dəstəyini əsirgəməyəcək.

Diaspora.az

Emil Əliyev

Birlik və həmrəy olmaq vaxtı…

25 Aprel 2017

By
@
backtotop