Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnik

21:33 | 20.04.2017
992 dəfə oxundu

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

Diaspora.az ölkə.az-a istinadən xəbər verir ki, MEK əməkdaşları tərəfindən cəsur komandir – polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi, ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri Elxan Hüseynov haqqında Vikipediyanın Azərbaycanca bölməsində məqalə yaradılıb.

Eyni zamanda bu məlumatlar MEK layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaşı bazasında da milli dəyər kəsb edən məlumat kimi daxil edilib.

Xatırladaq ki, tariximizin, mədəniyyətimizin təbliğini fəaliyyətinin əsası olaraq qəbul edən və bu istiqamətdə fasiləsiz olaraq çalışan MEK əməkdaşlarının əməyi nəticəsində Vikipediyada müxtəlif dillərdə 20 Yanvar şəhidləri, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş səhifələr yaradılıb.

Məqalə ilə BURADAN tanış ola bilərsiniz.

Diaspora.az