Nyu-York Azərbaycan Evinin rəhbəri ÜAK-ın bağlanma təhlükəsinə münasibət bildirib

13:05 | 19.04.2017
539 dəfə oxundu

Nyu-York Azərbaycan Evinin rəhbəri ÜAK-ın bağlanma təhlükəsinə münasibət bildirib

Diaspora.az xəbər verir ki , Nyu-York Azərbaycan Evinin  və Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova  son zamanlar Ümumrusiya Azərbaycanlılar Konqresi ilə bağlı səsləndirilən qeyri-real fikirləri pisləyir və bu təşkilatın fəaliyyətindən hər zaman nümunə götürdüyünü söyləyir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birlikdə fəaliyyəti vacibdir. Bunun üçün bu təşkilatların bir “çətir” altında birləşməsi vacibdir.

Ümumrusiya Azərbaycanlıları Konqresi də Rusiya Federasiyasında fəaliyyət göstərən bir çox diaspor təşkilatlarının birgə işinə böyük dəstək göstərirdi. Ümid edirik ki, bu anlaşılmazlıq tez bir zamanda aradan qalxacaq. Rusiya Federasiyası Azərbaycanın yaxın qonşusudur və bu iki ölkə arasında çoxsahəli əlaqələr mövcuddur. O cümlədən diaspor işində də iki qonşu dövlətin gözəl ənənələri mövcuddur. ABŞ-da yaşayan Azərbaycan diasporu olaraq bu məsələnin tez bir zamanda həllinə ümid edirik.

Diaspora.az

Emil Əliyev