Dünya Azərbaycanlıları Assambleyası BMT-nin Sosail Şurası tərəfindən qeydiyyata alındı

11:41 | 19.04.2017
645 dəfə oxundu

Dünya Azərbaycanlıları Assambleyası daha bir uğura imza atmışdır.  Assambleya Birləşmiş millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınmışdır.

Diaspora.az xəbər verir ki , bundan sonra Dünya AZərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir” deyə DAA-ya ünvanlanmış məktubda deyilir.

Qeyd edək ki, Assambleya bir neçə gün öncə Avropa İttifaqı və Avropa Parlamentində də lobbi qurumu olaraq qəbul edilmiş, Avropanın mötəbər qurumlarına birbaşa çıxış imkanı əldə etmişdir.

DAA sentyabrın 6-da Alman Federativ Respublikası məhkəməorqanı və ədliyyə orqanı tərəfindən beynəlxalq ictimai təşkilat olaraq qeydiyyata alınmışdır.

Diaspora.az
Nail Əhməd