Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

11:21 | 11.04.2017
976 dəfə oxundu

Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü ilə Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlanılıb. Tədris Misirdə yaşayan azərbaycanlı tədqiqatçı alim Seymur Nəsirov tərəfindən aparılır.

Tədrisin yeni başlanmasına baxmayaraq, artıq çox sayda tələbə Azərbaycan dilini öyrənir. Azərbaycan dilinin tədrisi ilə yanaşı, tələbələrə ölkəmizin tarixi, mədəniyyəti barədə də məlumat verilir.

Diaspora.az