Gürcüstanda yeni azərbaycanlı gənclər təşkilatı yaradılıb

16:06 | 09.04.2017
1.000 dəfə oxundu

Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr yeni təşkilat yaradıblar. “Şəxsi İnkişaf Universiteti” adlanan yeni təşkilat aprelin 5-də ictimaiyyətə təqdim olunub.

Tədbirdə bildirilib ki, gənclərin təhsili, mədəniyyəti, inteqrasiyası kimi məqsədləri hədəfləyən təşkilat rəsmi dövlət qeydiyyatından keçib.

Təşkilatın təsisçilərindən olan Rəşan Ziyadəliyev Xeber.ge bildirib ki, bu gün Gürcüstanda müxtəlif gənclər təşkilatları var. Yeni təşkilatın əsas məqsədi gənclərin təhsil almaq imkanlarını artırmağa, mədəniyyətimizin təbliğinə, insanların Gürcüstan və Avropa cəmiyyətlərinə inteqrasiyasına kömək göstərməkdir. Bunun üçün gürcü və azərbaycanlı tələbələrin birliyinə nail olacağıq. Təşkilat müxtəlif universitetlərdə təhsil alan, kreativ ideyalı gəncləri ətrafında birləşdirəcək və müəyyən olunmuş istiqamətlər üzrə layihələr hazırlayaraq həyata keçirəcək.

Sonra tələbə gənclərin təşkilatın fəaliyyət istiqamətləri, perspektiv planları barədə sualları cavablandırılıb.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, tələbə gənclər, ziyalılar iştirak ediblər.

Diaspora.az