“Odlar Yurdu” Cəmiyyəti 10 yaşını qeyd etdi

Azərbaycandan kənarda yaşayan soydaşlarımız haqqında mütəmadi olaraq yazıların dərc edilməsi, onların Azərbaycanla bağlı keçirdikləri tədbirlərin işıqlandırılması artıq ənənəvi xarakter almışdır. Belə cəmiyyətlərdən biri – Hollandiyada fəaliyyət göstərən “Odlar yurdu” cəmiyyəti haqqında da bir neçə kəlmə söz söyləmək yerinə düşərdi. Azərbaycanı, onun tarixini, mədəniyyətini, yaşadıqları ölkələrin yerli əhalisinin diqqətinə çatdıraraq, tanıdılmasına xidmət göstərən cəmiyyətlərdən biri də, əsası 10 il bundan əvvəl qoyulmuş, Niderland krallığında fəaliyyət göstərən “Odlar yurdu” cəmiyyətidir.

Cəmiyyət, mövcud olduğu illər ərzində Azərbaycan, onun mədəniyyəti, tarixi, musiqisi ilə bağlı müxtəlif tədbir və konsertlərin keçirilməsinə nail olmuşdur ki, bu da ölkəmizin, onun hüdudlarından kənarda, eləcə də Avropanın aparıcı dövlətlərindən biri olan Niderland krallığında tanıdılmasında böyük uğurlar əldə etmişdir. Bu uğurların əldə edilməsində, Niderland “Odlar yurdu” cəmiyyətinin sədri, həmyerlimiz, 1996-cı ildən Niderland Krallığında məskunlaşan Firəngiz Bağırovanın böyük əməyi vardır.

Firəngiz xanımın son illər ərzində keçirdiyi tədbirlərin əhəmiyyətini nəzərə alsaq, bu insanın doğrudan da nələrə qadir olduğunu aydın şəkildə hiss edə bilərik. Bu günlərdə “Odlar yurdu” yurdu cəmiyyətinin 10 illik yubileyi keçirilib. Tədbirdə iştirak edən tamaşaçı kütləsinin iştirakı, Niderlandda, Azərbaycana olan marağın nə qədər böyük olduğunu bir daha göstərmiş oldu ki, bu da özlüyündə sevindirici haldır. Əlbəttə ki, uğurların qazanılmasında, müvəffəqiyyətlərin əldə olunmasının arxasında, cəmiyyətin sədri olan Firəngiz Bağırovanın zəhməti dayanır.

Cəmiyyətin 10 illik yubileyi ilə bağlı tədbirin təntənəli açılışına Niderland və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə start verildi. Tədbir iştirakçılarının çıxışlarından və təbrik nitqlərindən sonra, Azərbaycan-Niderland dostluğunu özündə əks etdirən materialların təqdimatı oldu. Cəmiyyətin 10 il ərzində fəaliyyət dövrünü özündə əks etdirən foto materialları xüsusi ilə diqqəti cəlb edirdi. Musiqi nömrələri ilə tədbirə qatılmış Klankrijk Drenthe Holland musiqi məktəbinin şaqirdləri , Azərbaycan bəstəkarlarının musiqisindən ibarət olan əsərləri ifa etməsi isə tədbirin kulminasiya nöqtəsi oldu.

Alqışlarla qarşılanan bu çıxışlar, Niderland vətəndaşının Azərbaycan musiqisinə heyranlığının bariz nümunəsidir. 10 illik yubileyləri münasibəti ilə cəmiyyət üzvlərini təbrik edir, eləcə də Firəngiz xanıma, onun rəhbərlik etdiyi “Odlar yurdu” cəmiyyətinə uğurlar arzulayırıq. Azərbaycanı dünyaya tanıtmaq, hər birimizin Azərbaycanlı olaraq borcumuz və şərəf işimizdir.

Diaspora.az

09 Aprel 2017

By
@
backtotop