Sankt-Peterburq şəhəridə baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlının olduğu məlum olub (Foto)

Sankt-Peterburqda terror aktı nəticəsində ölən Dilbər Əliyeva Rusiya vətəndaşıdır.

Bu barədə Diaspora.az saytına Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.

O, Dilbər Əliyevanın dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanasına çatdırıldığını deyib: “Təəssüf olsun ki, soydaşımız həyatını itirib”.

D. Əliyevanın əslən Azərbaycanın Gəncə şəhərindən olduğunu qeyd edən diplomat bildirib ki, o, Rusiya vətəndaşıdır.

S. Qasımov terror aktı nəticəsində yaralanan soydaşımız Vəliyev Zaur Müşfiq oğlunun xəstəxanada olduğunu bildirib: “Zaur Vəliyevin də əsli Gəncədəndir. O da Rusiya vətəndaşıdır. Hazırda Z. Vəliyev İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyə şöbəsində müalicə olunur”.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Aprel 2017

By
@
backtotop