Kiyevdə Novruz Bayramı şənliyi keçirilib

19:38 | 21.03.2017
85 dəfə oxundu

Kiyev şəhərindəki Səməd Vurğun adına Kitabxanada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.Bayram şənliyində Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dilində şənbə və bazar günü məktəbinin uşaqları novruz bayraməna həsr olunmuş rəngarəng ədəbi bədii proqram nümayiş etdiriblər.

Tədbirə qatılanları xoş müjdəli baharın gəlişi münasibəti ilə təbrik edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov ,xalqımız tərəfindən min illiklər boyu qeyd edilən Novruz bayramının qədim tarixindən və zəngin çalarlarından bəhs edib. Bayram tədbirində çıxış edən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının bu gün müstəqil dövlətimiz tərəfindən ən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb.Dünya Azərbaycanlılarının vahid ideya və milli məvkurə ətrafında birləşməsində Novruz adət ,ənənələrinin xüsisi əhəmiyyətindən söz açıb.Bahar bayramı münasibəti ilə xalqımıza sülh və əminamanlıq ,tarixi vətənimizə ruzi və bərəkət arzulayıb. Azərbaycanla Ukrayna arsındakı sarsılmaz dostluq əlaqələrindən bəhs edən Səməd Vurğun adına kitabxananın direktoru Qalina İvanovna , bu əziz gündə hər iki dost ölkəyə öz ərazi bütövlüklərini bərpa etməyi arzulayıb.

Sonra tədbirə qatılanlar Novruz bayramını özündə əks etdiriən sənədli filmə baxmaqla,xalqımızın minilliklərə söykənən qədim və zəngin adət ,ənənələri ilə tanış olublar. Novruz şənliyində Azərbaycan dili məktəbinin uşaqları vətənə,torpağa həsr olunmuş şerlər söyləyib, rəngarəng rəqs nömrələri nümayiş etdiriblər.Novruzun əfsanəvi qəhrəmanları olan keçəl, kosa və bahar qızının duzlu və məzəli əhvalatları tədbirə qatılanlara xoş ovqat bəxş edib.Tədbirdə ruzi,bərəkət rəmzi olan Novruzun milli atributlarını özündə əks etdirən sərgi nümayiş etdirilib.Bayram şənliyi Ukraynanın xalq artisti Qurban Abbasobun şən mahnıları ilə davam etdirilib.