Bakı Dövlət Universitetində “Diaspor dərsi” təşkil edilib

15:15 | 02.03.2017
794 dəfə oxundu

Bakı Dövlət Universitetində (BDU) Diaspor Jurnalistləri Birliyinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ilk dərs keçirilib.

BDU-dan Diaspora.az saytına bildiriblər ki, tədbirdə universitetin tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov layihənin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin əsas hədəflərinin tələbə-gənclərin Azərbaycan diasporu haqqında düşüncələrini inkişaf etdirmək, onların informasiya sahəsində rolunu gücləndirmək olduğunu söyləyib.

Sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, gənc politoloq Elvin Babayev çıxış ediblər.

“Diaspor dərsi”ndə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə gənclərimizin diaspor fəaliyyətinin perspektivlərindən söz açılıb.

Diaspora.az