Əhməd Şahidov Kıbrıs TV-də Xocalı Soyqırımı və kəlbəcərli girovlar barədə danışıb

23:28 | 27.02.2017
220 dəfə oxundu

Hüquq müdafiəçisi Şimali Kipr Türk Cümhuriyyətinin Kıbrıs TV kanalında efirə gedən “Kıbrıs Gündemi” proqramının qonağı olub

Fevralın 27-də Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Kıbrıs TV kanalının qonağı olub. “Kıbrıs Gündemi” proqramının aparıcısı Ayşe Gürkanın suallarını cavablandıran ADİHİ rəhbəri Xocalı Soyqırımı barədə danışıb və 25 il bundan əvvəl törədilən erməni vəhşiliyinin bütün dünyada ikrah hissi oyatdığını qeyd edib. Daha sonra kəlbəcərli girovlar barədə geniş məlumat verən hüquq müdafiəçisi Ermənistan tərəfinin beynəlxalq hüquq və prinsiplərə əməl etmədiyini və dünya ictimaiyyətinin də buna göz yumduğunu qeyd edib.