Xocalı soyqırımının 25-ci ildönümü Meksikada da anılıb

Fevralın 23-də Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake meydanında yerləşən “Xocalı soyqırımı” abidəsinin qarşısında Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş və “Xocalıya ədalət!” kampaniyasına dəstək olan tədbir keçirilib.

Tədbirdə diplomatik korpusun çoxsaylı nümayəndələri, o cümlədən Misirin, Ukraynanın, Liviyanın, İordaniyanın və Birləşmiş Ərəb Əmirliklərinin səfirləri, Türkiyənin, Gürcüstanın, Qazaxıstanın və Pakistanın yüksək vəzifəli diplomatları, Meksikada yaşayan Azərbaycan icması və yerli əhali iştirak edib.

Tədbirdə əvvəlcə “Xocalı soyqırımı” abidəsinin önünə əklil qoyulub. Bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə “Tlakskoake” kilsəsinin zəngi çalınıb.

Bu il Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edildiyini deyən ölkəmizin Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov bu faciənin bütün azərbaycanlıların qəlbində ən kədərli tarixlərdən biri olduğunu deyib.

Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən diplomat bildirib ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısında cavab verməlidir. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində böyük nailiyyətlər əldə edib. Xocalı qətliamı artıq bir neçə ölkənin parlamenti və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

M.Talıbov Azərbaycanın qədim tolerantlıq ənənələri və sülhpərvərliyi ilə tanındığını, ölkəmizdə müxtəlif mədəniyyətlərin nümayəndələrinin əsrlərboyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.

Meksikada azərbaycanlı icmasının fəal üzvü, Mexiko Ştatı Simfonik Orkestrinin üzvü, Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək bu faciəvi günlərin canlı şahidi olduğunu söyləyib. O deyib ki, Azərbaycan xalqı Xocalı soyqırımına ədalətli münasibət göstərilməsini tələb edir.

Sonra tanınmış Azərbaycan bəstəkarı Cövdət Hacıyevin əsərlərindən ifalar dinlənilib.

Tədbirin sonunda iştirakçılara Xocalı qətliamı barədə kitab və disk, həmçinin 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş silahlı təxribatların ağır nəticələri barədə nəşrlər paylanıb.

Qeyd edək ki, fevralın 26-da Tlakskoake kilsəsində Bazar günü xidməti zamanı Xocalı qətliamı qurbanlarının xatirəsi yad ediləcək, dua oxunacaq.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Fevral 2017

By
@
backtotop