Bolqarıstanda keçirilən anım tədbirində Xocalı soyqırımını törədənlərin cəzalandırılması tələb olunub

Sofiyanın “Odeon” kinoteatrında Azərbaycanın Bolqarıstandakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Anım tədbirində Bolqarıstanın dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimai, mədəni xadimlər iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxışında Xocalı soyqırımının tarixi, səbəbləri və nəticələri barədə danışıb. Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq, bu faciənin hər bir azərbaycanlının qəlbində dərin kədərə səbəb olmaqda davam etdiyini bildirən səfir məhz həmin gecə Ermənistan-Azərbaycan münaqişəsi ərzində ermənilər tərəfindən xalqımıza qarşı bir gecədə ən böyük qətliamın törədildiyini vurğulayıb.

Bu dəhşətli faciəni Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin bir hissəsi kimi xarakterizə edən səfir erməni təbliğat qruplarının beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərində monoetnik ərazi yaratmaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini diqqətə çatdırıb.

Diplomat beynəlxalq hüquqda, xüsusilə “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyada öz əksini tapmış hüquqi anlayışların bir çox elementlərinə Xocalıda baş vermiş faciəvi hadisələr zamanı rast gəlindiyini və ermənilərin bu qeyri-insani davranışlarının soyqırımı olaraq tövsifi üçün ciddi hüquqi əsasların olduğunu söyləyib.

Münaqişələr zamanı beynəlxalq humanitar və başlıca insan hüquqlarının pozulmasının qarşısının alınması üçün qəti iradə ortaya qoyulmasının vacibliyini ifadə edən səfir Xocalı soyqırımını törətmiş cinayətkarların cəzasızlığının Ermənistan və Azərbaycan arasında sülhün nail olunmasına mane olduğunu qeyd edib. Bu baxımdan, regionda davamlı sülhün əldə olunması üçün faciə təşkilatçıları və icraçılarının cinayət məsuliyyətinə cəlb olunmasının və bununla əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən məqsədyönlü və qətiyyətli tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Bu xüsusda, səfir bir sıra bolqar ziyalılarının Ermənistan və Azərbaycan xalqlarına müraciət ünvanladığını söyləyərək, həmin sənəddə onların Xocalı qətliamını pislədikləri və 2016-cı ilin dekabr ayında təsis olunmuş “Ermənistan-Azərbaycan Sülh Platforması” çərçivəsində göstərilən səyləri dəstəklədikləri barədə məlumat verib.

Çıxışının sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyəti nəticəsində 10-dan artıq ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalıda baş verən hadisələri soyqırımı olaraq tanıdığını ifadə edən səfir bütün azərbaycanlıların qısa zaman ərzində günahkarların cəzalandırılacağına inandığını və bunun intiqam deyil, Xocalı üçün ədalət olacağını vurğulayıb.

Daha sonra həmmüəllif İen Pertin iştirakı ilə “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı olub.

İen Pert tədbirdə çıxış edərək Xocalı şahidlərinin ağır həyat hekayələri və Ermənistanın işğalçı siyasəti barədə məlumat verib. Həmmüəllif BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələri xatırlayaraq, işğalçı ölkənin və ona rəhbərlik edənlərin hər kəsə məlum olduğunu, lakin onlara qarşı hər hansı tədbirin görülmədiyini təəssüflə ifadə edib. Xocalı soyqırımı ilə əlaqədar Qərb və Rusiya KİV-lərində çap olunmuş məqalələrin, həmçinin elmi araşdırmaların kitabda yer aldığını vurğulayan İ.Petr soyqırımına dair beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarının tam şəkildə nəşrdə öz əksini tapdığını bildirib.

Tədbirdə Xocalı dəhşətlərinin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin soyqırımından xilas olmuş hadisə şahidləri ilə görüşlərindən lentə alınmış xatirələri və faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında çəkilmiş “Sonsuz Dəhliz” sənədli filminin nümayişi olub. Filmi təqdim edərkən tədbirin aparıcısı, Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku bu ekran əsərinin çoxsaylı beynəlxalq kino festivallarında nümayiş olunduğunu, o cümlədən nüfuzlu Milan və Madrid Beynəlxalq Film festivallarının qalibi olduğunu bildirib. Litvalı rejissor Aleksandras Brokas tərəfindən çəkilmiş filmdə Qarabağın xalqımızın tarix və mədəniyyətindəki əhəmiyyətini əks etdirən süjetlərə yer verilib, Xocalı soyqırımı barədə nadir faktlar, sənədlər və materiallar əsasında faciə haqqında həqiqətlər təsirli şəkildə iştirakçılara çatdırılıb.

Tədbir çərçivəsində Nərgiz Qurbanova Türkiyənin “Anadolu” agentliyinin Bolqarıstan bürosuna müsahibə verib. Müsahibə zamanı münaqişənin tarixi barədə müfəssəl məlumat verən səfir Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu və erməni silahlı qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.

Xocalı soyqırımının münaqişənin ən qanlı və genişmiqyaslı qırğını olmasına baxmayaraq, bunun yeganə hal olmadığını vurğulayan səfir Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində də qırğınların törədildiyini və kütləvi qətllərin Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etdiyini bildirib.

Müsahibə zamanı “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası haqqında danışan N.Qurbanova kampaniyanın məqsədinin Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması olduğunu vurğulayıb.

Anım mərasimi, həmçinin Bolqarıstanın BNT dövlət televiziya kanalı və BNR radiosunda işıqlandırılıb.

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəllifi İen Pert Xocalı soyqırımı ilə bağlı Bolqarıstanın “Focus” radiosunda yayımlanan “Bura Bolqarıstandır” verilişinə müsahibə verib.

Tədbirin sonunda Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Fevral 2017

By
@
backtotop