Rotterdam Erasmus Universitetində azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışılıb

Avropa Hüquqşünas Tələbələr Cəmiyyətinin (ELSA) təşkilatçılığı və ölkəmizin Niderland Krallığındakı yaşayan azərbaycanlıların dəstəyi ilə Rotterdam şəhərində yerləşən Rotterdam Erasmus Universitetində “Məcburi köçkünlər: unudulmuş qrup, Azərbaycan məsələsi” mövzusunda seminar keçirilib. Seminarın aparıcısı Niderlandda çalışan azərbaycanlı vəkil Əli Ağayev olub.

Ə.Ağayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və azərbaycanlı qaçqın və məcburi köçkünlərdən söz açıb. O, öz dədə-baba torpaqlarından zorla çıxarılan azərbaycanlı məcburi köçkünlərin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasından, onların beynəlxalq statusundan, Ermənistanın işğalçılıq siyasətindən, Xocalı soyqırımından, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq hüquq normalarının Azərbaycanın lehinə olmasından danışıb.

Ə.Ağayev “Çıraqov işi” və Azərbaycanın bu məsələdə hüquqlarının tanınması ilə bağlı mövzu ətrafında çıxış edib.

Seminarda Erasmus Universitetində hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.

İştirakçıların suallarının cavablandıran Ə.Ağayev tələbələrə “Çıraqov işi” mövzusu üzrə diplom işi yazmağı tövsiyə edib.

Seminarın sonunda Ə.Ağayev ELSA tərəfindən martın 29-da Utrext Universitetində keçiriləcək analoji tədbirdə müvafiq təqdimatla çıxış etmək təklifi alıb.

Diaspora.az

24 Fevral 2017

By
@
backtotop