Niderland parlamentinə Xocalı faciəsiylə əlagər petisiya təqdim olundu

07:49 | 24.02.2017
1.257 dəfə oxundu

  • Fevral ayının 21-də Niderland Krallığında yaşayan Azərbaycan diaspora təşkilatlarının nümayəndələri yerli parlamentdə ölkənin millət vəkilləri ile görüş kecirmişlər.
  • Görüşün əsas məqsədi Xocalı soyqırımı haqqında petisiyanın təqdim olunması və həmin faciə barədə millət vəkillərinə daha ətraflı məlumatın verilməsi olmuşdur.
  • Deputatlar – Angelien Eijsink (PvDA) , Harry van Bommel (SP), Michiel Servaes (PvDA), Han ten Broeke (VVD), Selcuk Öztürk (DENK) və Azərbaycan nümayəndələri arasında təxminən yarım saat davam edən görüşdə qarşılıqlı fikir mübadiləsi aparılmış və Azərbaycan nümayəndələri tərəfindən Xocalı faciəsi ilə bağlı real və hüquqi qərar bildirilməsi xahiş olunmuşdur. Teqdim edilmiş petisiyada isə 25-26 fevral gecəsi erməni silahlı qüvvələri tərəfindən 613 vətəndaşımızın vəhşicəsinə öldürülməsi, habelə yüzlərlə qadın və azyaşlı uşağın yaralanması və əsir götürülməsi barədə məlumatlar əks olunmuşdur. Həmçinin, Azərbaycanın zəbt olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT tərrəfindən müvafiq qətnamələrin qəbul edildiyi deputatların nəzərinə çatdırılmışdır.
  • Daha sonra, “Netherlands Azerbaijan Communication Platform” təşkilatının rəhbəri Arnold Utama öz çıxışında bildirmişdir ki, Niderland dünyada baş vermiş bir çox soyqırım hadisələrini tanımış, lakin Xocalı soyqırımı haqqında çox az məlumata malikdir. O, hazırkını petisiyada qeyd olunan faciə barədə ətraflı məlumatın olduğunu və bu informasiyanın deputatların diqqətini cəlb edəcəyinə inandığını da vurğulamışdır. Sonra “European Center Azerbaijani Friends” təşkilatının sədri Leyla Babayeva çıxış etmiş, özünün də iştirakı ilə 2014-cü ildə Niderland parlamentinə təqdim olunmuş analoji petisiya ilə maraqlanmışdır.
  • “European Azerbaijanis / Netherlands’‘ təşkilatının sədri və www.euroaz.nl saytının təsisçisi Emil Əliyev isə üç dildə dərc olunan və Xocalı Soyqırımı adlanan kitab və CD-ni qarşı tərəfə təqdim etmişdir. Qeyd olunanlarla yanaşı, gorüşdə Azərbaycan tərəfini təmsil eden Gövhər Nəzərova , Anne van der Heiden, Anita VermaasNicolette van Tienhoven de çıxış etmişlər. Onlar öz çıxışlarında Xocalı soyqırımı haqqında daha ətraflı məlumat vermiş və ermənilər tərəfindən törədilmiş bu kimi cinayətlərə hüquqi qiymət verilməsini istədiklərini bildirmişlər. Ümumiyyətlə, görüşdə iştirak eden holland vətəndaşlarının bu məsələdə Azərbaycan diaspora nümayəndələri ilə həmrəylik nümayiş etdirməsi adı çəkilən millet vəkilləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilmişdir
  • Diaspora.az