Azərbaycan Şimali Kiprdə yarışda təmsil edilir

11:28 | 17.02.2017
787 dəfə oxundu

Şimali Kipr Türk Respublikası Baş Nazirliyin nəzdindəki İdman dərnəyinin, Turizm Nazirliyinin və digər sponsorların dəstəyi ilə ŞKTR Velosiped idmanı inkişaf etdirmək məqsədi ilə Şimali Kipr Velosiped Federasiyası tərəfindən 2-ci Şimali Kipr Velosiped yarışına start verilir.

Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansının media bölməsindən verilən məlumata görə, yarış 4 mərhələ halında 4 gün davam edəcək və 2-ci Şimali Kipr Beynəlxalq Velosiped yarışına 20-ə yaxın ölkədən 18 qrup və 300 idmançı texniki qrup qatılacaq. Qonaqlar Şimali Kiprdə Gran Fondo yarışına 400-ə yaxın və xalq yarışına isə 1000-ə yaxın insan iştirakı gözlənilir.

Azərbaycandan yarışa Synergy Grup yarışcıları qatılaraq Azərbaycanı təmsil edirlər. Yarışçılarımızı qarşılamaq üçün Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı Lefke şəhəri təmsilçisi və Lefke Avropa Universitetinin magistratura tələbəsi Əliyeva Ayselə tapşırılıb. Yarış 19 fevral, bazar günü bitəcək. Ən sonda yarışı qazanan ölkənin təmsilçiləri mukafatlandırılacaqlar.

İstinad: palitranews.az