Misir televiziyasında Azərbaycanla bağlı verliş yayımlanıb -VİDEO

01:42 | 17.02.2017
1.003 dəfə oxundu

Misir televiziyasında Azərbaycanla bağlı verliş yayımlanıb
Diaspora.az saytının məlumatına görə, Misirin  məşhur televiziya kanallarından olan “Nil” mədəniyyət kanalında canlı yayımda  Azərbaycan və Misir tarixi əlaqələri haqqında verliş yayımlanıb.Bundan başqa verlişin qonağı olan Misirdə Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirov təlif etdiyi “Ərəb mənbələrində azərbaycanlı alimlərinin həyat və yaradıcılığı adlı”  kitab haqqında, Misirdə azərbaycanlıların rolu, əslən azərbaycanlı olan  Səlahəddin Əyyubinin Misiri işğaldan azad etməsi, Əl-Əzhər universitetinin dünyadakı rolu haqqında geniş danışıb.Bununla yanaşı diaspor rəhbəri  öz fəaliyyəti və  başqa mövzular haqqındakı sualları cavablandırıb.

Diaspora.az