Amsterdamın mərkəzində Xocalı faciyəsi anılacaq

01:21 | 17.02.2017
869 dəfə oxundu

Fevral ayının 26-sı saat 12-dən başlayaraq Niderland Krallığın paytaxtı Amsterdam şəhərinin mərkəzində (Dam plein meydanında) Xocalı faciəsinin 25-ci ildönümü münasibəti tədbir keçiriləcək. Bu barədə Diaspora.az saytına tədbirin təşkilatçısı olan Niderland Krallığında yaşayan və facebook sosial şəbəkəsində Azərbaycan Diasporası haqqında yazan jurnalist-blogger soydaşımız Emil Əliyev məlumat verib. Onun sözlərinə görə, anım tədbirini Niderlandın Amsterdam və digər böyük  şəhərlərində yaşayan Azərbaycanlılar iştirak edəcək . “Burada Xocalı faciəsini özündə əks etdirən stendlər qurulacaq, erməni quldurları tərəfindən dinc yerli əhalinin vəhşıcəsinə öldürülməsi haqqında minlərlə xüsusi bukletlər şəhər sakinlərinə və şəhəri ziyarət edən qonaqlara paylanacaq. Eyni zamanda hadisə baş verən zaman Azərbaycanda yaşamış ictimai fəal insanlar öz təsüratlarını iştirakçılarla bölüşəcək”- deyə Emil Əliyev bildirib. “Niderlandda yaşayan bütün həmvətənlərimizi tədbirə dəvət edirik. Artıq çoxlu sayda insanlar dəvətlərimizə müsbət reaksiyalarını bildiriblər. Bu tədbirin Avropa çapında keçiriləçək ən sanballı anım mərasimə çevrilməsi üçün çoxlu sayda insanların iştirakı önəmlidir, bunun üçün biz müasir təbliğat üsullarından istifadə edərək internetdə və Facebook sosial şəbəkəsindən istifadə etmişik. Yaratdığımız “Avropalı Azərbaycanlılar 🌍 | European Azerbaijanis 🗺” qrupunda və Khojaly Genocide / Genocide van Chodzjali event vasitısiylə tədbirin keçiriləcək məkan, vaxt və gedən iştirakçıların sayını izləmək olar”- deyə soydaşımız vurğulayıb.

Diaspora.az