Ukrayna Azərbaycanlılarının rəhbəri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb

00:47 | 11.02.2017
329 dəfə oxundu

Fevralın 9-da Ukrayna Millətlər Assambleyasının rəhbəri,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynada rəsmi səfərdə olan Türkiyə Cümhuriyyəti Xarici İşlər Naziri Cənab Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı Türkiyə və Ukrayna münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Ukraynada yaşayan bütün millətlər, xüsusilə də azərbaycanlılar adından Türkiyə XİN rəhbərinə minnətdarlığını bildirən Rövşən Tağıyev Türkiyənin hər zaman Ukrayna və Azərbaycanı dəstəklədiyini, habelə ölkələrin əraiz bütövlüyü məsələsində rəsmi Ankaranın prinsipial mövqe tutduğunu bildirib. Rövşən Tağıyev Türkiyə XİN rəhbərinə bildirib ki, Azərbaycan diaspora Ukraynadakı Türkdilli xalqlar arasında sayca ən böyükdür və Ukraynanın içtimai-siyasi həyatında mühüm rol oynayırlar.

Görüş zamanı bildirilib ki, Türkiyə xalqı hər zaman tale yüklü məsələlərdə Ukraynadakı Azərbaycan diasporunun dəstəyinə əmin ola bilər.
Qeyd edək ki, görüşdə Türkiyənin Ukraynadakı səfiri Yonet Tezel, Ukrayna İqtisadi İnkişaf Nazirinin müvini Titarçuk Mixail və Ukrayna Millətlər Şurasının sədr müavini Timur Masautov iştirak ediblər.