Azərbaycan diasporu BMT qarşısında aksiya keçirəcək

18:33 | 07.02.2017
1.019 dəfə oxundu

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən Azərbayca diaspor təşkilatları Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin Baş Qərargahı qarşısında mitinq keçirəcək. Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkil etdiyi aksiyanın fevral ayının 24-də keçirilməsi nəzərdə tutulub. Cəmiyyətin rəhbəri Münəvvər Vahabova Diaspora.az saytına bildirib ki, aksiyada istifadə etmək üçün Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər, şüarlar və yerli əhaliyə paylanması üçün nəzərdə tutulan Xocalı soyqırımı haqqında ingiliscə ətraflı məlumatın göstərildiyi vərəqələr çap olunub.

Fevral ayının 25-də isə Nyu York Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşlarının, ABŞ-dakı Azərbaycanın Səfirliyinin nümayəndələrinin, Nyu Yorkda fəaliyyət göstərən müxtəlif xalqların, icmaların liderlərinin, Bruklin şəhərinin prezidenti Erik Adamsın iştirakı gözlənilir.

Diaspora.az