Gənc azərbaycanlı pianoçunun Berlin anşlaqı

Gənc azərbaycanlı pianoçu Nərmin Nəcəflinin Berlinin məşhur Şlöss Brits (Schloss Britz) konsert salonunda konserti böyük uğurla keçib. Tədbir məşhur alman musiqişünası Kern tərəfindən təşkil edilib. Kern vaxtilə həmvətənimizin pianoda ifasını eşidəndən sonra Almaniya paytaxtında onun solo konsertini təşkil etməyi qərara alıb.

Azərbaycanlı pianoçunu tamaşaçılara təqdim edən Kern onun böyük uğurlarından və istedadından danışıb. Nərmin Nəcəfli konsertdə F.Şopen, F.List, R.Şuman, V.Motsart və İ.Baxın əsərlərini ifa edib. O, royalın dillərinə barmaqlarının ilk ecazkar toxunuşundan alman tamaşaçıların rəğbətini və sevgisini qazanıb. Pianoçuya gül-çiçək təqdim edən tamaşaçılar onu uzun müddət alqışlayıb, təkrar-təkrar səhnəyə çağırıblar.

Nərmin Nəcəfli səkkiz yaşından Vətənimizi dünyanın konsert zallarının səhnəsində təmsil edir. O, ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri və Gürcüstanda keçirilmiş çoxsaylı müsabiqələrin qalibidir. İstedadlı həmvətənimiz Diaspora.az saytının müxbirinə deyib: “Azərbaycanı dünya səhnələrində təbliğ etmək mənim üçün böyük şərəf və qürur mənbəyidir”.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

06 Fevral 2017

By
@
backtotop