Polşa mediasında Azərbaycanla bağlı məqalə dərc olunub

04:33 | 03.02.2017
807 dəfə oxundu

Polşanın Wiadomosci.ngo.pl portalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib. Diaspora.az saytın verdiyi xəbərə görə, “Azərbaycanın timsalında multikulturalizm” adlı məqalədə ölkə əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycanda həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələrinin rahat yaşaması üçün bütün şəraitin yaradılması qeyd olunub. Bundan başqa, yazıda müsəlmanlarla yəhudilərin nümunəvi birgə yaşayışının təmin edilməsi xüsusi vurğulanıb və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzinin inşa edildiyi qeyd olunub. Məqalənin müəllifi Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, yazıda Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam etdiyini də vurğulayıb. Yazının müəllifi Nail Əhməd Polşa mediasında analoji yazıların davamlı olacağını bildirib.

Diaspora.az