“Beynəlxalq qurumlar Ermənistanın insan hüquqlarını pozmasına susur” – Əhməd Şahidov

13:58 | 02.02.2017
208 dəfə oxundu

Hüquq müdafiəçisi Ermənistan hakimiyyətinin beynəlxalq qanunlara məhəl qoymadığını və Avropa ölkələrinin buna göz yumduğunu bildirir

Fevralın 2-də CBC Azərbaycan kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi və Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin hələ də ailəsinə təhvil verilməməsinin Cenevrə Konvensiyasının tələblərinə tamamilə zidd olduğunu bildirib: “Ermənistan hakimiyyəti beynəlxalq qanunlara məhəl qoymur və öz öhdəliklərini yerinə yetirməkdən imtina edir, Avropa ölkələri isə buna göz yumurlar”.