Diaspor rəhbəri: Sağlam tənqidi fikirlərdən nəticə çıxarırıq

12:54 | 01.02.2017
1.413 dəfə oxundu

Diaspora.az “-ın  “Vətənimiz Azərbaycan”  rubrikasının   bu dəfə ki, qonağı Özbəkistanda   diaspora fəaliyyəti ilə məşğul olan həmyerlimiz   Mobil Məmmədovdur.Mobil Məmmədovla olan müsahibəmizi sizlərə təqdim edirik.

Salam Mobil Müəllim .İlk öncə zəhmət olmasa özünüzü təqdim edərdiniz və təşkilatınız haqqında məlumat verərdiniz.

– Salam Nail bəy .Diqqət göstərib  məni saytınızın müsahibi etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm.Mən Mobil Yaqub oğlu Məmmədov  Özbəkistanda diaspor təşkilatı olan- Respublika Azərbaycan milli mədəniyyət mərkəzi idarə heyətinin sədriyəm. Təsilim ali, iqtisadçı və hüquqşunas mütəxəsisiyəm, üç övladım var.

Təşkilatımız altı ildir ki fəaliyyət göstərir. Özbəkistanın bir çox vılayətlərində filiallarımız var, bunlar – Səmərqənd,Buxara, Nəvayi, Sirdarya, Daşkənd vilayətləri və Daşkənd şəhərindədir. Mərkəzimiz dövlətdən kənar, qeyri komersiya, içtimayi təşkilatdır. Özünü maliyələşdirmə əsasında fəaliyyətini aparır. Heç bir dövlət və ya təşkilat tərəfindən maliyyələşdirilmir. Ona baxmayaraq özümüz öz imkanlarımızdan istifadə edərək təşkilatın fəaliyyətini aparılması, tədbirlərin keçirilməsi üçün və digər diaspor təşkilatının işi ilə bağlı xərclərin tələbini ödəyirik.

Eyni zamanda Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən təşkilatımızın fəaliyətini genişləndirmə və bir sıra tədbirlərin keçirilməsi üçün 2012 ildə birdəfəlik maliyə yardımı göstərilmişdir. Bu yardıma ofisimizə kompyüter dəstləri əldə etdik, tədbirlər keçirtdik, dəyərli diasporumuz üzvü  Özbəkistan və Azərbaycan xalq artisti, Əlişir Nəvayi adına Böyük Dövlət Akademik Teatrının baş rejisoru, Özbəkistan Respublikası dövlət mükafatı laureatı, Akademik “Firudin Səfərov –Titan opernoqo teatra” adlı kitabının cap olunmasına maliyə yardımı etdik, müəyyən hissəsini diaspor üzvlərinin xahişi ilə Daşkənd şəhərində Azərbaycanlılar dəfn olunan məzarlıqda yuvat otağının qurulmasına işlətdik  və s. Fürsətdən istifadə edərək Dövlət Komitəsinə bir daha minnətdarlığımızı bildirirəm.

Özbəkistanda dövlət təşkilatları tərəfindən verilən qrantlarda da çalışırıq iştirak edək. Bunların hamısı təbii ki bir dəfəlikdir.Buna görə dəstək göstərən təşkilatlara minnətdarıq. Ancaq təşkilatın əsas maliyyə təlabatını öz gücümüzə yerinə yetiririk. Çalışırıq nəzərdə tutduğumuz tədbirləri  Novruz Bayramı, Müstəqillik bayramları həm Özbəkistanın həmdə Azərbaycanın, il ərzində olan əlamətdar günlərini və başqa tədbirlərin hamısını həyata keçirək. Dekabr ayının 30-da 100 nəfər uşaqlaqlara yeni il bayramı təşkil olundu, bayram sovqatları paylanıldı. Mən çox keçmişə qayıtmaq istəmirəm, hər bir keçirdiyimiz tədbiri və ya gördüyümüz işi sadalamağa ehtiyac yoxdur. Ancaq sizi əmin edirəm ki, kifayət qədər çoxdur.

Cari ilin əvvəlindən başlasaq Yanvar ayının 20-də Qanlı yanvar faciəsini qurbanlarının xatirəsi təşkilatımızın rəhbərliyi ilə diaspor üzvləri və başqa iştirakçılar tərəfindən yad olundu. tədbirdə 100 nəfərə yaxin qonaqlar dəvət olunmuşdular.

Nəzərinizə çatdırım ki Özbəkistanda diaspor təşkilatlarının işini kordinasiya edən Təşkilat var  Respublika Beynəlmilər mədəniyyət mərkəzi adlanır. Bu dövlət təşkilatının yaranmasının 25 illiyini qeyd etdik. Özbəkistanda 137 diaspor təşkilatı fəaliyyət göstərir.Onların içində bizim təşkilatımız ən fəallarından biridir. Adı çəkilən təşkilatın 25 illik yubilyi Özbəkistan Respublikasının Prezidenti Şavkət Mirziyoyevin təşəbbüsü ilə keçirildi. Tədbirlərin birində də özü iştirak edərək diasporumuzun üzvü olan Kökəb Əliyevanı Dostluq ordeni ilə və məni fəxri fərman ilə şəxsən təltif etdi. Tədbirin təşkilatçılıq işində bizim mərkəzimiz ən fəal mərkəzlərdən biri idi.

Bildiyiniz kimi Özbəkistanda yerli yazıçı- publisist Şuxrat Calamov(Şuxrat-Barlas) erməni daşnaklarının Turkistan, indiki qismən Özbəkistan ərazisində törəddikləri soyqırım haqqında kitablar yazmışdı. “Туркистан и Южный Кавказ” – Дашнаки от Ферганы до Карабаха və “Карабах война идей”. Национализм-Терроризм –Геноцид. Bu kitablara görə onun üstundən ermənilər hüquq mühavizə orqanlarına şikayət yazdılar və hətta evini daşladılar. Təbii ki yerli hökümət bunları araşdırır. Biz isə öz tərəfimizdən Şüxrat Salamovun hüquqlarının qorunması üçün lazımı addımlar atmışıq, onun hüquqlarının qorunması üçün komissiya yaranıb. Özbəkistanda ən güclu advokatlardan biri olan Fatma Piriyeva məşquldur. Bunlar barədə Azərbaycanın KİV nin müxtəlif saytlarında çoxsaylı məlumatlar əks olunub.

Mobil müəllim həqiqətən dövlətimiz üçün dəyərli işlər görürsünüz.Novbeti sualim sizə Özbəkistandakı Azərbaycanlılarla bağlı olacaq.Özbəkistanda texminən nə qədər Azərbaycanlı var və onlar Diaspor işində aktivdirlərmi ?

Özbəkistanda 42 mindən çox Azərbaycanlı yaşayır.Demək olar ki, bütün vilayətlərdə var. Təbii ki yuxarıda qeyd etdiyim vilayətlərdə, harda ki bizim filiallarımız fəaliyyət göstərir o bölgələrdə Azərbaycanlılar diaspor təşkilatının işində bilavasitə iştirak edirlər. Bundan başqa Özbəkistanda yaşayan Azərbaycanlılar özünün təmsil olunan təşkilatlardada Azərbaycan mədəniyətini, milli irslərimizi təbliğ edirlər. Ziyalılarımızda çoxdur, müstəgillik illərindən başlayaraq 35 nəfərdən çox diaspor üzvlərimiz Azərbaycan Respublikası tərəfindən olduğu kimi eləcədə Özbəkistan Respublikası rəhbərliyi tərəfindən ən yüksək Dövlət mükafatlarına – Medal, Orden, və başqa təltiflərə layiq görülüblər. Onların sırasında Akademiklərımız, Professorlar, Doktorlar, Xalq artistləri, hətta vergi sahəsində Generalımızda var. Bu o deməkdir ki yaxın gələcəkdə inşallah qarşılarına qoyduqları məqsədlərə nail olacaqlar. Bunların əksəriyəti təşkilatın işində iştirak edirlər. Elə mən özüm Özbəkistanda Dostluq ordeni ilə və Özbəkistan Respublikasının Müstəgilliyinin 25 illiyi münasibətilə xatirə nişanı ilə təltif olunmuşam. Azərbaycan Respublikası tərəfindən “Tərəqqi”medalı ilə təltif olunmuşam. Hesab edirəm ki bu mükafatlar diaspor təşkilatının kifayət qədər  fəal olduğuna görə verilir.

Təşkilatımızın nəzdində Ağsaqqallar şürası, Qadınlar şürası, Gənclər mərkəzi, mövcuddur.

Xüsusilə diaspor gənclərinə təşkilatımız tərəfindən diqqət edilir, onların ali məktəblərə daxil olması, ali təsilli gənclərin işə yerləşdirilməsində təşkilatımız bütün imkanlarından istifadə edir.

Mərkəzimiz nəzdində dərnəklərdən “Azərbaycan qızları rəks ansamblı” Milli musiqili ansamblarımız fəal iş aparırlar. Respublikamızın vilayətlərdə olan filiallarımızdada dərnəklər açılır. Bununla bir yerdə filiallarımızın sayını artırmaq məqsədilə Xorəzm, Jizzax vilayətlərinə, Kara – Karakalpakstan muxtar Respublikasında da etməyi planlaşdırırıq.

Özbəkistandakı Azərbaycan diasporunun əsas aktual problemləri hansılardır?

Hər bir işi aparmaq üçün müxtəlif çətinliklərlə üzləşməyimiz, bu təbii haldır. Mən bunu problem adlandırmazdım. Təşkilatımızın əsas vəzifəsi mədəniyətimizin təbliği ilə bağlı olsada, biz diaspor təşkilatı kimi müxtəlif problemlərlə bizə müraciət edən soydaşlarımıza yardım edirik. Müraciət edənlərin problemlərinin həlli bizim səlahiyətimizdə olmayanda, məsələlərin həll olunması üçün vaxt tələb olunur. Çünki başqa təşkilatlara yazılı şəkildə müraciət etməli oluruq. Məsələn kimsəsiz qalan yaşlı millət vəkilini qocamanlar evinə yerləşdirilməsi, uzun vaxt aparan prossesdir. Bu işdə 8-10 təşkilat gərək öz məxsus sənədini versin. Və yaxud Sovet dövrundən qalan problem, pasport ala bilməyən, itirilən sənədin bərpa olunmasında, vətəndaşlığının müəyyən edilməsində və alınması hallarda, bizdə çətinliklər yaranır. Ona baxmayarq müraciətlərə laqeyd qala bilmərik, çünki bizdən – diaspor təşkilatı kimi kömək etməyimizi istəyirlər.

Bununla bir yerdə Özbəkistanda çoxsaylı millətlərin özünün milli mədəniyyətini adət ənənəsini, dilini, ümumiyətlə milli irslərini qoruyub saxlanması üçün bütün şəraitlər dövlət tərəfindən yaradılıb. Başqa millətlərə olan bu münasibət Dövlət səviyəsində olan həm siyasətdir həm dəstəkdir. Bu baxımdan Azərbaycan Respublikasının daxili və diasporla olan xarici siyəsətinə tam uyğun gəlir. Cünki Azərbaycandada bildiyimiz kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016 il Multikulturalizm ili adı altında keçdi. Bu bir daha onu göstərir ki Azərbaycanda yaşayan bir çox başqa millət vəkillərinə hörmətlə yanaşmaq və bütün hüquqlarının qorunmasını təmin etməyə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Özbəkistanda da bu belədir. Bununla bir yerdə Özbəkistanda Prezidentimiz Şavkat Mirziyoev tərəfindən yeni təşəbbus irəli sürülüb .Bütün diaspor təşkilatları özünün tarixi vətəni ilə əməkdaşlıq etməsinə yeni imkanlar yaransın, keçirdiyi tədbirlərinə qonaq olaraq dəvət etsin, ümumiyyətlə əməkdaşlıq etməyimiz üçün əlavə imkanlar verilsin.

Ümidvarıq ki Azərbaycanla bağlılığımız daha sıx olacaq, hər iki ölkə arasında olan münasibətlərin inkişafında təşkilatımızın rolu daha da artacaq.

Problemlərimiz yaranırsada, iş əsnasında həll etməyə çalışırıq.

Dəfələrlə Azərbaycan mediasında sizin haqqınızda mənfi yazılar görürük.Bu barədə məlumat verərdiniz zehmet olmasa.

Qeyd etdiyiniz mənfi yazılardan xəbərimiz var. Onların hamısı təbii ki həqiqətlə heç bir uyğunluğu yoxdur. Çünki onu yazan, təşkilatın əsl adı, vəzifəsi nədən ibarət olduğu anlayışından uzaq olan adamdır. Bizim işimizi zəif adlandıranın özünü dəfələrlə xarici ölkələrə yarışlarda iştirak etməsi üçün, adını çəkmədiyi təşkilatın qeyd etdiyi kimi “bəzi rəhbərliyinin” bilavasitə köməyi və dəstəyilə göndərilib. Heç olmaya bunu  yaddan çıxarmasınlar. Üc il, 2011, 2012, 2013 illərdə Özbəkistanda diaspor təşkilatının təşəbbüsü ilə Özbəkistan İdman Güləşi Assosiasiyası ilə birgə Azərbaycanın və Özbəkistanın Müstəqilliyinə həsr olunmuş keçirilən Yunan-Roma və Sərbəst guləş  üzrə yarışlarda “Özbəkistanda diasporun işi zəifdir” yazanı, təşkilatımız hər səfər idman növünün veteranı kimi mükafatlandırıb. Başqası bunu yazsaydı, bir o qədər təşkilatımıza ağır gəlməzdi…

Ona baxmayaraq təşkilat öz işini davam edir. Fəaliyətimizə hər cür münasibət bildirə bilərlər, o cümlədən tənqid xarakterli bu təbii haldır. Sağlam tənqidi fikirlərdən nəticə çıxarırıq

Ancaq bilərəkdən yalan söyləyənə, kimlərinsə qərəzli sifarışını yerinə yetirənə, diaspor təşkilatının işini, onun üzvlərinin təşkilatımızın inkişafı yolunda çəkdiyi zəhmətlərini heçə çıxartmaq və yaxud ləkələmək, heç Azərbaycançılıq mövqeyinə uyğun gəlmir. Xalqımızın rifahını, nüfuzunu hansı ölkədə yaşamağımızdan asılı olmayaraqa aşagı salır. Hesab edirəm ki inşafı kənara sürükləyib, ədaləti dananın, yaradan özü cəzasını tapacaq. Mən bunu belə düşünürəm.

Sonda oxucularımıza və Özbəkistanda olan diaspor nümayəndələrinə nə demək istəyərdiniz?

Mən Nail bəy sizə və oxucularımıza minnətdarlığımı bildirirəm ki, imkan yaratdınız fəaliyətimiz barədə sizinlə fikirlərimi bölüşdüm. Gələcəkdə də bizim diaspor təşkilatının fəaliyətini izləyin, bizim fəaliyətimiz haqqında fikrinizlə  bölüşün.Diaspor nümayəndələrini bir daha salamlayıram ,təşkilatımızın işində fəal iştirak etməyə dəvət edirəm.

Nail Əhməd
Diaspora.az