Soydaşımız Rusiyada nazir müavini təyin edilib

02:48 | 01.02.2017
771 dəfə oxundu

Soydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Rusiyanın Baş naziri Dmitri Medvedev bu barədə  2017-ci il yanvarın 30-da sərəncam imzalayıb.

Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankı sədrinin katibliyinin rəhbəri olub.  İqtisadi İnkişaf Nazirliyində isə soydaşımız bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.

1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Soydaşımız Rusiya prezidenti tərəfindən “II dərəcəli Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.

Diaspora.az

Bu xəbərə aid teqlər