Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşüb

16:43 | 30.01.2017
800 dəfə oxundu

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Diaspora.az saytın məlumatına görə, Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bu münasibətlərin daha da inkişaf etdiyini bildirib. O, Devid Harrisin hər dəfə prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinin onun əlaqələrin inkişafına və münasibətlərə nə qədər önəm verdiyinin göstəricisi olduğunu bildirib: “Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verir. Bu baxımdan  Amerika Yəhudi Komitəsinin xüsusi rolu var”

David Harris ABŞ-dakı prezident seçkilərindən sonra icmanın Azərbaycana ilk səfərinin olduğunu qeyd edib: “Biz Azərbaycan-ABŞ münasibətlərinin inkişafına böyük önəm veririk”

David Harris İsrailin baş naziri Benyamin Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini qeyd edərək bunu yüksək qiymətləndirdiyini bildirib. 

Dispora.az