“20 Yanvar” faciəsi Azərbaycanın Niderland Krallığındakı səfirliyində anıldı

Niderland Krallığın paytaxtı Haaga şəhərində Azərbaycan səfirliyin təşkilatçılığı dəstəyi ilə 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə “20 Yanvar” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Niderland Krallığındakı səfirliyin müvəqqəti işlər vəkili  xanım Aliyə Ağazadə çıxış edərək 20 Yanvar faciəsinin tarixi və ölkəmizin müstəqillik əldə etməsində ki rolu haqqında danışıb.

Səfirliyin müvəqqəti işlər vəkili  20 Yanvar hadisələrinin Azərbaycan xalqının qan yaddaşında oynadığı faciəvi rolu vurğulamaqla bərabər, həmin hadisələri Azərbaycan milli azadlıq hərəkatında qəhrəmanlıq salnaməsi adlandırıb. Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasına etiraz edən, eləcə də öz milli hüquqlarını tələb edən dinc əhalinin etirazları silah gücünə susdurulmağa cəhd göstərilsə də, Azərbaycan xalqı həmin dövrdə birlik və qətiyyət nümayiş etdirib, nəticədə dövlət müstəqilliyinin bərpasına nail olub.

Daha sonra səfirlikdə ”Qara Yanvar” adlanan sərgisinin açılışı olub, sərgidə həmin günlərin çətin ,amma həmdə qürurlu günlərin şəkilləri yer aldılar, sərgiyə gələn həm azərbaycanlı,həmdə holland qonaqların böyük marağına sahib olub və onlara o faciə haqqında ətraflı məlumat verilib.

Niderlandda yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, Niderlandın elmi və ictimai dairələrinin təmsilçilərinin, Niderlandda təhsil alan azərbaycanlı tələbələrin və gənc tədqiqatçıların, səfirliyin əməkdaşlarının iştirak etdikləri tədbirdə şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Diaspora.az

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

22 Yanvar 2017

By
@
backtotop