31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” Sakaryada qeyd edildi.

31 dekabr “Dünya Azərbaycanlıların Həmrəylik Günü”nün 25 illiyi Türkiyənin Sakarya şəhərində qeyd edildi. 

Sakarya-Azərbaycan Tələbə Təşkilatı-nın sədri Vüsalə Novruzlu diaspora.az saytına verdiyi məlumata görə Sakarya Gənclik və İl Müdürlüyün-də  “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”adlı tədbir keçirilib.

Vüsalə Novruzlu çıxışı zamanı dünyanın 70 ölkəsində 50 milyondan çox yaşayan Azərbaycanlıların həmrəylik olması üçün bugünün önəmi gün olmasını vuğuladı. Eyni zamanda 15 dekabrda Xəzər dənizində dünyasını dəyişən həmyerlilərimiz , eləcədə son günlərdə İstanbulda ve Kayseride baş vermiş terror hadisələrində dünyalarını dəyişənlərə allahdan rəhmət, yaxınlarına isə səbr diləndi.

Sonda tədbirin ərsəyə gəlməsində Sakarya Gənçlik Spor ve İl direktoru Ali İhsan Çokan bəyə , dəvətimizi qəbul edib gəldiyi üçün Sakarya Pop Müzik  müğənnisi Akif Yener bəyə və universtetdə oxuyan tələbələrimizə sonsuz təşəkkürlərini bildirdi.