Hollandiyadakı diaspor rəhbərinin məhkəməsi gələn ilə qaldı-RƏSMİ

İlhan Aşkının növbəti məhkəmə prosesi 2017-ci il martın 3-nə keçirilib. Bu barədə Diaspora.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

2014-cü ildə Hollandiyanın Almelo şəhərindəki mitinqdə etdiyi çıxışa görə ermənilərin məhkəməyə verdiyi Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxıb. Diaspor rəhbərinin bildirdiyinə görə, bu dəfəki görüşdə yalnız müəyyən məlumatlar, şahidlərin qəbul edilməsi, növbəti məhkəmə prosesinin detalları müzakirə edilib və məhkəmə 2017-ci il martın 3-nə təyin olunub.

2016-cı il oktyabrın 4-də məsələ ilə bağlı ifadə vermək üçün Polis idarəsinə dəvət edilən diaspor rəhbəri burada 4 saatdan artıq ifadə verdiyini bildirərək, məsələ ilə bağlı iki il sonra iddia qaldıranlardan ikisinin erməni federasiyasının üzvü, birinin isə Hollandiya vətəndaşı olduğunu əlavə edib. İlhan Aşkın deyib ki, məhkəmə heyətinin təyin etdiyi iki ekspertdən biri qondarma erməni soyqırımı iddialarını müdafiə edən Erik van Zukerin türklərə qarşı mövqeyi bəllidir və onun bu məsələdə nə qədər səmimi olacağı şübhə altındadır.

Diaspor rəhbəri məsələ ilə bağlı türk kökənli Hollandiyalı akademik, tarixçi Armand Sağ ilə görüşüb və hesabatın hazırlanması qərara alınıb: “Artıq bu istiqamətdə fəaliyyətə başlayan Armand Sağın məhkəmədən öncə raporu hazırlayıb bitirməsi və martın 3-də məhkəməyə təqdim olunması nəzərdə tutulub” – İlhan Aşkın deyib.

Məhkəmə prosesinin keçirildiyi binanın qarşısına toplaşan Hollandiya, Belçika, Almaniya, digər ölkələrdən gəlmiş Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri diaspor rəhbərinə dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikinitisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib.

İ.Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə – ‘Qarabağ ermənilərin məzarı olacaq’ ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.

Diaspora.az

08 Dekabr 2016

By
@
backtotop