Almaniyada Azərbaycanı tanıtım tədbiri keçirilib-FOTO

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan sülhsevər ölkədir” adlı tədbir keçirilib.

Bu barədə Diaspora.az-a Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə Almaniyadakı müxtəlif icmaların nümayəndələri, yerli sakinlər və soydaşlarımız iştirak edib.

Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev qonaqları salamlayaraq, onlara Azərbaycan haqqında geniş məlumat verib. Ölkəmizin tarixi, mədəniyyəti, zəngin adət-ənənələri barədə danışan diaspor rəhbəri Azərbaycanda mövcud olan tolerantlıqdan da bəhs edib. O bildirib ki, Azərbaycanda müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələri əsrlər boyu sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitində yaşayıb və indi də yaşayırlar.

Y.Niftəliyev tolerantlıq prinsiplərinə bu gün də sadiq qalan Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdırıb. Diaspor rəhbəri Azərbaycanın əsrlərə söykənən sülhsevər ənənələrinə baxmayaraq, ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, 20 faiz ərazimizin Ermənistanın hələ işğalı altında olması, dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı aktının həyata keçirilməsi barədə də qonaqları məlumatlandırıb.

Yaşar Niftəliyevin çıxışından sonra tədbirdə iştirak edən qonaqlarla Azərbaycana dair müzakirələr aparılıb. Tədbirin keçirildiyi məkanda Azərbaycan haqqında kitab, jurnal, fotoalbom və broşürlər iştirakçıların ixtirayına verilib. Tədbirin sonunda Maqdeburq şəhər Konservatoriyasında təhsil alan azərbaycanlı tələbələr Günel və Könül Ağayevalar pianoda Azərbaycan və alman bəstəkarlarının əsərlərini ifa ediblər.

Diaspora.az

23 Noyabr 2016

By
@
backtotop