Beniluks Azərbaycanlıları Konqresinin yaradılmasından 10 il ötür

Avropadakı ən böyük diaspor təşkilatlarından biri – Beniluks Azərbaycanlıları Konqresinin (BAK) yaradılmasından bu gün 10 il ötür.

Bu barədə Diaspora.az-a Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, 2006-cı il noyabrın 18-də Niderland Krallığının Amsterdam şəhərində yaradılan təşkilatın əsas məqsədi Benilüks ölkələrində (Belçika, Niderland və Lüksemburq) Azərbaycan və digər türkdilli xalqların diasporunun formalaşmasına nail olmaq, lobbiçilik istiqamətində iş aparmaqdır.

Azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, sosial, milli-mədəni maraqlarını təmin etmək və eləcə də soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasına kömək göstərmək də BAK-ın qarşıya qoyduğu məqsədlərdəndir. BAK Dağlıq Qarabağ münaqişəsi barədə fəaliyyət göstərdiyi ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı fəal mübarizə aparır.

Belə ki, təşklat bu illər ərzində Suzan Krugerin çəkdiyi “Ümid axırıncı olur” filminin satışa buraxılmasının qarşısını almağa, erməni rejissor Hovanesyanın “Hərb və sülh insanlarının aqibəti” filminin Rotterdam IDFA film festivalında nümayişinin dayandırılmasına, Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılmasına, “Archax Fruit” adı altında Niderlandda satılan qida məhsullarını idxal edən şirkət haqqında lazımi instansiyalara məlumat verilməsinə nail olub.

Həmçinin, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə yenidən Bakı adının verilməsi də BAK-ın gördüyü işlər sırasındadır. BAK-a daxil olan cəmiyyətlər Konqresin açıq qurum olduğunu elan edərək, digər türkdilli diaspor təşkilatlarını da ümummilli mənafelərimiz naminə əməkdaşlığa, dövlətçiliyimizin möhkəmlənməsi, ərazi bütövlüyümüzün qorunması və mövcud problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməyə çağırır. Təşkilatın rəhbəri Sahil Qasımovdur.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

23 Noyabr 2016

By
@
backtotop