Xaricdə yaşayan azərbaycanlılara yardımla bağlı Diaspor Komitəsinə yeni səlahiyyət verilir

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan dövlətinin sosial yardım etməsi ilə bağlı şərtlər dəyişdirilir.

Diaspora.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun 6.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılır.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər” cümləsində “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilir. Bununla da xaricdə yaşayan azərbaycanlılara sosial yardım göstərmək istəyən hər hansı bir dövlət orqanı bu sahə üzrə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda olmadan göstərə bilməyəcək.

Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

18 Noyabr 2016

By
@
backtotop