Belələrini görəndə Azərbaycan diasporunun üzvü olduğum üçün xəcalət çəkirəm – Toğrul Allahverdili

Diaspora.az saytı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin Azxeber.com-a verdiyi müsahibəsini təqdim edir.
– Toğrul bəy, Rusiyadakı Azərbaycan diasporunun son durumu necədir ?
Şükürlər olsun ki , hər şey qaydasındadır çətinliklər olsada bu gün ən güclü Azərbaycan diasporu məhz Rusiyadadır . Rusiya Federasiyası rəhbərliyi tərəfindən burda yaşayan bütün millətlərin fəaliyyəti üçün qanun çərçivəsində bütün şərait var . Fəal olmamızın səbəblərindən biri bəlkə də birincisi bizim bu işə könüllü yanaşmamızdr diasporamız Rusiyada çox ilklərə imza atıb biz çalışırıq ki Azərbaycan adını Rusiyada bir brendə çevirək düşünürəm ki, buna qisməndə olsa nail olmuşuq .
– Rusiyada yaşayan Azərbaycanlılarla ermənilər arasında münasibət necədir ?
– Rusiyada və ya digər bir ölkədə yaşamamızdan aslı olmayaraq biz Azərbaycanlıyıq Bakıda, Ordubadda, Ağdamda, Gəncədə yaşayan Azərbaycanlının bir daha qeyd edirəm qanı təmiz Azərbaycanlının ermənilərə münasibəti necədirsə, bizim də elədir. Ancaq istisna deyil ki, burda ermənilərlə dostluq edən “azərbaycanlılar” da var, mən şəxsən elələrinə rast gəlməmişəm.
Azərbaycanlılarla ermənilər arasında qarşudurma olurmu ?
– Əlbəttə olur. Elə biri bu yaxınlarda 4 noyabr millətlərin birliyi paradında baş verdi. Münaqişənin olmasına səbəb hərzamankı kimi erməni diasporunun üzvləri idi çünkü onlar paradda qondarma Qarabağ separatçı rejiminin əski parçasını ( “bayrağını”) qırmızı meydanda qaldırmağa cəhd etdilər və bizim sərt reaksiyamız nəticəsində qondarma qurumun “bayrağı” yığışdırıldı. Hətta vəziyyət o həddə çatdı ki, Rusiya prezident admnistrasiyasının nümayəndələrinin və hüquq mühafizə orqanlarının əməkdaşları da bu məsələyə diqqət ayırdılar və mənfi münasibət göstərdiylərini bildirdilər. Prezident aparatının nümayəndəsi ermənilərə şifahi xəbərdarlıqda etdi.
– Bəs öz təşkilatlarımız arasında əməkdaşlıq və mehribançılıq varmı ?
– Bu çox çətin sual oldu. Əməkdaşlıq var əlbəttə. Mən rəhbərlik etdiyim Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi demək olar ki, bütün təşkilatlarla əməkdaşlıq edir. AMOR , Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu, Ümumrusiya Azərbaycanlıları Konqresi, Şəhriyar cəmiyyəti, Nicat cəmiyyəti, Azstudiya kimi milli maraqlara xidmət edən təşkilatlarla əməkdaşlıq edirik. Qaldı söz söhbətə inanıram ki, gələcək illərdə bu da sona yetəcək. Əsasən söz söhbəti elə adamlar yaradır ki, fəaliyyəti yoxdur ancaq gündəmdə qalmaq istəyirlər. Onlara məsləhətim odur ki, çalışıb fəaliyyətləri gördükləri işlərlə gündəmdə qalsınlar. Elin gözü tərəzidir bunu unutmaq olmaz .
– Bu yaxınlarda Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov belə bir açıqlama verdi ki, “Diaspor təşkilatı sabit maliyyə mənbələri yoxdursa bu təşkilatın uğurlu fəaliyyət göstərməsi də praktik baxımdan mümkünsüzdür”.  Sizin fikiriniz necədir ?
– Əlbəttə razıyam. Cənab sədr çox düzgün vurğulayıb. Hər şeyi komitədən və ya dövlətdən gözləmək düzgün deyil. Təsəvvür edin elə diaspor təşkilatı var ildə bir tədbir etmir, bir fəaliyyəti yoxdur ancaq ağzını açıb, komitədən pul tələb edir. Dövlətin diqqətsizliyindən şikayət edir. İnanın belələrini görəndə Azərbaycan diasporunun üzvü oluğum üçün xəcalət çəkirəm.
Nazim İbrahimov gözəl qeyd edib. “Diaspor fəaliyyətinin əsasında dörd amil dayanır: “vətənpərvərlik, könüllülük, intellekt və maliyyə”.
Mənim zənnimcə əsas üç amildir maliyyə sonuncudur. Maliyyəsiz iş olmasa da hər şey maliyyə deyil, əsas bu işi sevmək könüllü olmaq və həvəslə işləmək lazımdır.
– Bu gün Azərbaycanda Bayraq Günü qeyd olunur…
– Bayrağımız dövlətimizin vacib bir atributu olmaqla yanaşı, xalqımızın şərəfi, qürur mənbəyi olan üçrəngli Azərbaycan bayrağının bir daha yüksəlilməsi uğrunda şəhid olanlarımıza Tanrıdan rəhmət diləyir və dahi şairimiz Bəxtiyar Vahabzadənın bir şeiri ilə bütün həmvətənlərimizi təbrik edirəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Bir kərə yüksələn bayrağın, bir daha enməzliyinə əmin olan babalarımızın inamından ruhlanaraq bu müqəddəs bayraq günündə bir daha xatırlatmaq yerinə düşər ki, bu bayrağın bir daha dalğalanmasında canından keçənlərin ruhu şad olsun deyə bizim üzərimizə düşən “üç rəngli bayrağınla məsud yaşa” kimi müqəddəs fikirləri qəlbimizdə daha da rövnəqləndirmək və öz ucalığı, əzəməti ilə Ginnesin “Rekordlar kitabı”na düşən Azərbaycan bayrağını Qarabağa sancmaqdır ki, düşmən ərazilərindən belə görünsün.
Əminəm ki, Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə o da olacaq özü  də tezliklə.
Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

11 Noyabr 2016

By
@
backtotop